2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
“AQRO-AZƏRİNVEST” MMC

Ünvan

Azәrbaycan Respublikası, Qәbәlә şәhәri, E.Kәrimov küç.34
,

bizə yazın

tel : +994 12 465 50 25
e-mail : [email protected]
veb :

Təsisçisi «GİLAN» MMC olan «Aqro-Azərinvest» MMC 2004-cü ildə     yaradılmışdır. Müəssisənin əsas məqsədi Azərbaycan üzümçülük və şərabçılığının bu sahədə ən yeni dünya naliyyətlərini nəzərə almaqla, keçmiş şöhrətini bərpa etməkdən ibarətdir.

Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, xammal bazasının yaradılmasından başlayaraq üzümün emalına və yüksək keyfiyyətli məhsul buraxılışınadək qapalı bir istehsal prosesini özündə birləşdirir.

Cəmiyyət   uzunmüddətli proqrama uyğun olaraq, ənənəvi üzüm yetişdirilən bölgələrdə (Göygöl, Samux, Tovuz, Yevlax, Qəbələ, Lənkəran) yeni üzümlüklərin salınmasını həyata keçirir.    2004 – 2007 - ci illərdə müəssisəyə məxsus 2000 hektara yaxın torpaq sahəsinin 938 hektarında Gürcüstandan (Saperavi, Rkasiteli, Mtsvane, Aleksandrauli), Fransadan (Cabernet, Sauvignon, Cabernet Franc, Pinot Noir) və digər ölkələrdən gətirilmiş calaqlı texniki sortlar və süfrə, o cümlədən Özbəkistandan gətirilmiş kişmiş sortları (Batır, Qara kişmiş, Ağ kişmiş, Çəhrayı tayfu) əkilmişdir. Eksperiment qaydasında Göygöl rayonunda 2 hektar təcrübə sahəsində Fransadan (Merlot, Chardonnay, Alicante, Verdo, Marselan, Sultanin, Danita, Carignan, Prima), Krımın “Maqaraç” Üzüm və Şərab Milli İnstitutundan, (Muskat, Karaburnu, Krım Mirvarisi, Maqaraç Sitronu, Kardinal, Rislinq, Krasen və s.) eləcə də ABŞ, İran, İtaliya və digər ölkələrdən gətirilmiş (100 sortdan artıq) müxtəlif kolleksion və elit üzüm sortları əkilmişdir.

Müəyyən ərazidə damcılı suvarma sistemi tətbiq edilmiş, həşəratlara qarşı ən müasir preparatları təcrübədən keçirmək üçün sahə ayrılmışdır.

Cəmiyyətin bir sıra fəaliyyət istiqamətləri mövcuddur: əsasən xarici ölkələrə ixrac olunmaq üçün nəzərdə tutulan yüksək keyfiyyətli təbii şərab və konyak istehsalı, həmçinin konyak spirtinin istehsalı, tər süfrə üzümünün yetişdirilməsi və satışı. Gələcəkdə isə üzümdən alınacaq digər məhsulların (abqora, ədviyyat, sirop, şirə və s.) istehsalı.

«Bizim zəmanət - əla keyfiyyət» devizi ilə fəaliyyət göstərən və tam təbii şərablar istehsal edən müəssisədə «Qəbələ» adı ilə ilk hazır məhsul 2006-cı lin sonunda istehsal olunmuşdur. 2007–ci il ərzində istehsal çeşidi artırılaraq bazara yeni «Nazlı», «Starıy dvorik», «Domaşneye vino», «Mədrəsə», «Ağstafa», «Şamaxı», «Alabaşlı», «Şahdağ», «Qəbələ vadisi» şərabları bazara çıxarılmış, vaxtilə məşhur olan «Ağdam» portveyninin istehsalı bərpa olunmuş, 3, 5, 6, 8 illik «Arqus» və 8 illik «Gold Baku» konyakları da istehsal edilmişdir. 2008–ci ilin iyul ayından isə 3 yeni şərab məhsulunun – qırmızı, ağ və çəhrayı kəmşirin «Leyli» şərablarının ilk partiyasının istehsalı nəzərdə tutulmuşdur.

2007–ci ildə TS EN İSO 9001: 2000 Keyfiyyət idarəetmə sistemi sertifikatı almış "Aqro-Azərinvest" MMC-nin Qəbələ şəhərində yerləşən şərabdoldurma müəssisəsi İtaliya və Fransa istehsalı olan müasir texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Hal hazırda isə HACCP TS - 13001 sertifikatının alınması ilə bağlı müvafiq işlər aparılır. Məhsulların keyfiyyəti müəssisənin Dövlət Standartlaşdırma və Metrologiya Agentliyində akkreditasiya olunmuş laboratoriyasında mütəmadi olaraq yoxlanılır və bundan sonra geniş istehsala buraxılır.

Cəmiyyət üzümçülük və şərabçılıq üzrə zəngin ənənələri olan xarici ölkələrin təcrübəli şirkətləri ilə sıx əməkdaşlıq edir. Onlardan Fransanın “Gontard Freres” şirkətinin mütəxəssisləri mütəmadi olaraq Cəmiyyətin üzüm plantasiyalarında olur, sahələrdə monitorinq keçirir, analizlər əsasında torpağın vəziyyətini öyrənir və öz məsləhətlərini verirlər. Bundan əlavə Cəmiyyət öz şərablarının keyfiyyətini beynəlxalq standartların tələbləri səviyyəsinə çatdırmaq üçün Fransanın “Mouris Enologiya” laboratoriyası və Krımın “Maqaraç” Üzüm və Şərab Milli İnstitutu ilə sıx əməkdaşlıq edərək istehsal etdiyi şərabları həmin laboratoriyalarda analiz olunmağa göndərir.

Qəbələ rayonunda yerləşən və "Aqro-Azərinvest" MMC ilə üzüm məhsulunun alınmasına dair uzunmüddətli müqaviləsi olan “Aspi-Aqro” MMC-ni öz məhsulu ilə təchiz edən daha bir məşhur şirkətlə - müxtəlif sort üzüm tinglərinin becərilməsi və satışı üzrə ixtisaslaşmış İtaliyanın Vivai Cooperativi Rauscedo (VCR) şirkəti ilə də əməkdaşlığa başlanılmışdır.

Aqro-Azərinvest" MMC üzümçülük və şərabçılıq sahəsi üçün milli kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Belə ki, Cəmiyyətin dəstəyilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (Gəncə) nəzdində “Üzümçülük məktəbi” yaradılıb və fəaliyyət göstərir. Həmin məktəbin məzunlarını, həmçinin bu təhsil ocağının 2 professorunu da elmi məsləhətçi kimi Cəmiyyət işə cəlb etmişdir.

“Aqro-Azərinvest” MMC beynəlxalq sərgilərdə öz məhsullarını uğurla nümayiş etdirməklə yanaşı, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrə hazır məhsul ixrac etmək üçün həmin dövlətlərin şirkətləri ilə sıx əlaqələr yaradaraq, öz xarici iqtisadi fəaliyyətini daha da artırır. Artıq Cəmiyyətin konyak və şərab məhsulları Rusiya bazarında özünə möhkəm mövqe qazanmış və bu istiqamətdə işlər daha da genişləndirilir