2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Lәzzәt Biskvit vә Şokolad

Ünvan

Azәrbaycan Respublikası, Naxçıvan ş., Xiyabani küç., döngә 1/9
,

bizə yazın

tel : (+994 36) 544 82 23
e-mail : [email protected]
veb : www.nati.az

“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC haqqında

“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC 2010-cu ildə fəaliyyətə başlamışdır.
“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də dünya standartlarına cavab verən müasir avadanlıqlar quraşdırılmışdır. Fabrikdə vafli, kek, biskvit və digər şirniyyat məhsulları istehsal olunur.

“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı ”Dövlət Proqramında yerinə yetirilməsi nəzərdə tutulmuş ixrac yönümlü və idxalı əvəz edəcək məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə görüləcək tədbirlərə qoşularaq istehlakçıların artan tələblərinin qarşılanması olmuşdur.

İstehlakçılara təqdim olunan qənnadı məhsulları ən müasir texnologiyalara uyğun olaraq hazırlanır. Məhsullarımızın istehsalı zamanı yüksək istehsal gücünə malik müasir avadanlıqlardan istifadə olunması, istehsal texnologiyalarına dəqiq riayət olunması, ancaq yüksək keyfiyyətli xammal və materiallardan istifadə olunması “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin məhsullarının alıcılar tərəfindən rəğbətlə qarşılanmasının əsas səbəblərindəndir.


İstehsalın bütün mərhələlərində buraxılan məhsulların keyfiyyətinə nəzarət olunur.
Hər bir xammal və hazır məhsul partiyası ən yeni avadanlıqlarla təchiz olunmuş laborotoriyalarda əsaslı yoxlamalardan keçirilir.
Müəssisənin marketinq siyasətinin əsasını yüksək keyfiyyət və münasib qiymətin uzlaşdırılması təşkil edir.

İstehsalın texniki səviyyəsinin yüksəldilməsi, xammal mənbələrinin diqqətlə seçilməsi, istehsal proseslərinin idarə olunmasının və texnologiyaların təkmilləşdirilməsi, çeşid müxtəlifliyinin optimallaşdırılması hesabına istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi müəssisə rəhbərliyinin daim diqqət mərkəzində olan məsələdir.
Bütün bunlara görədir ki, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC yarandığı gündən istehsal etdiyi məhsullarla alıcıların rəğbətini qazanmışdır.
Müəssisə əldə etdiyi naliyyətlərlə kifayətlənməyərək daima unikal reseptura və yeni məhsul növlərinin hazırlanması üzərində çalışır.
İstehlakçıların maraqlarının təmini müəssisə üçün mütləq prioritetdir.