2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Bakı Poladtökmә

Ünvan

AZ1053, Azәrbaycan Respublikası, Bakı şәhәri, Binәqәdi şos., 53
Bakı ( Binəqədi ), Azərbaycan

bizə yazın

tel : (+994 12) 412 09 33
e-mail : [email protected]
veb : www.bakusteelcasting.com


1969-cu ildən fəaliyyətə başlayan “BAKU STEEL CONSTRUCTION” ASC yarandığı vaxtdan Zaqafqaziyada formalı tökmələr istehsalı üzrə yeganə zavoddur.Əsasən yüksək təzyiq altında işləyən neft maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərinin tökmə hissələrinin istehsalı üzrə ixtisaslaşıb.Hazırda müəssisə QOST 977 və standartın tələblərinə uyğun olaraq, müxtəlif markalı poladlardan çəkisi 5 kq-dan -5000 kq. -dək və mürəkkəblik dərəcəsi I-IV hədlərində olan müxtəlif konfuqrasiyalı polad tökmələri istehsal edir.Eyni zamanda, çuqundan bədii tərtibatlı tökmələrin istehsalı mənimsənilmişdir.Bu cür tökmələr parklarda, tarixi məkanlarda elektrik dirəklərinin naxışlı hissələrində istifadə olunur.Milli koloritin olmaslına önəm verilir.

Missiyamız
Bilik və təcrübəmizdən uğurla istifadə etməklə polad təməllər yaratmaq.

Vizyonumuz
Məhsul çeşidlərimizi genişləndirərək regionun ağır sənayesi gücünə çevrilmək.


Məqsədlərimiz
Baku Steel Construction” ASC Əsasən yüksək təzyiq altında işləyən neft maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərinin tökmə hissələrinin istehsalı üzrə ixtisaslaşıb.
- Aid olduğumuz sənaye sahəsində daim müştəri məmnuniyyətinin ən yüksək həddinə nail olmaq
- Qabaqcıl işəgötürən şirkət kimi ad qazanmaq


Kadr siyasəti 

Müəssisəyə işçi kadrların seçilməsi  vacib və məsuliyyətli məsələdir. Ağır sənayenin bu sahəsində çalışan insanlar diqqətli və məsuliyyətli olmalıdır ki, gələcəkdə bədbəxt hadisə ilə üzləşməsinlər. Bunun üçün Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi  norma və standartlarının  təlimi və təbliği  məqsədi ilə  şirkətdə Təlim Mərkəzi yaradılmışdır.   İşə götürülən hər bir işçi Mərkəzdə təlimatlandırılır, tədris prosesində iştirak edir, sonra isə işə başlayır. Ali təhsilli mütəxəsislər əsasən ölkənin Ali məktəblərindən - Azərbaycan Politexnik Universitetindən, İnşaat Mühəndisləri Universitetindən secilirlər.


Şirkət istehsala başladığı gündən öz gələcəyini yerli kadrlarla bağlayaraq təcrübəli metallurq mühəndisləri işə dəvət etməklə yanaşı, həm də gənc mütəxəssislərin yetişdirilməsində iştirak edir. Texniki Universitetin metallurgiya fakültəsinin əlaçı tələbələri şirkətə dəvət edilir, оnlara zavоdun prоblemlərinə uyğun kurs və diplоm işləri verməklə gəncləri gələcək istehsalata hazırlayır və sоnra da işlə təmin edir. Hazırda şirkətin aparıcı mütəxəssislərinin arasında belələri az deyil. 

Əməyin təhlükəsizliyi və Sağlamlıq


Təlim Mərkəzinin işçilərin əməyin mühafizəsi ilə bağlı biliklərinin artırılması, hər hansı istehsalat qəzasının qarşısını almaqda və eləcə də, xəsarətlərin sayını minimuma endirməkdə çox böyük rolu vardır.

Şirkətdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və ətraf mühitin mühafizəsi Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına, dövlət norma və standartlarına uyğun təşkil edilmişdir. 
Işçilərin sağlam və təhlükəsiz işləməsi üçün sanitar-gigiyena normalarına uyğun iş şəraitinin yaradılmasına nəzarət edilir, onları xüsusi geyim – ayaqqabı və fərdi mühafizə vasitələri ilə, pulsuz süd məhsulları, müalicəvi-profilaktik yeməklərlə təmin edilir və ildə bir dəfə icbari tibbi müayinədən keçirilirlər. Müəssisə rəhbərliyi hər bir işçinin problemlərinin həllini  özünün ümdə vəzifəsi hesab edir. Kadrların seçilib yerləşdirilməsi, onların iş səmərəliliyinin  artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması Baku Steel Construction-in prinsipial mövqeyidir.

Sosial siyasət

Yeni iş yerlərinin yaradılması, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması şirkətin ən aktual vəzifələrindəndir. 2004-cü ildə müəssisədə həmkarlar təşkilatı yaradılmış və bu təşkilat bu gün ölkə Həmkarlar Konfederasiyasının ən sanballı təşkilatlarından sayılır. 
Şirkətdə sosial-məişət və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə soyunub-geyinmə otağı, hamamxana və 400 nəfərlik yeməkxanadan ibarət məişət korpusu vardır. Yeməkxanada hər gün yüksək keyfiyyətli profilaktik yemək verilir.

Şirkət xeyriyyəçilik fəaliyyətini də davam etdirir. Artıq yeddinci ildir ki, Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Uşaq Vərəm Sanatoriyası şirkət tərəfindən hamiliyə götürülüb. Sanatoriyanın əsas binasının və köməkçi binaların yenidən qurulması və əsaslı təmiri aparılmışdır. Eyni zamanda burada istifadə olunan bütün avadanlıqlar – soyuducular, televizorlar, mebellər yenilənmişdir.
Respublika ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə kömək də daim diqqət mərkəzində olmuşdur. Onlara mütəmadi olaraq çadır, ərzaq, yorğan, istilik sobaları verilmiş və digər əməli köməkliklər göstərilmişdir.