2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Steel Structures

Ünvan

AZƏRBAYCAN, BAKI Ş. AZ-1029 NƏRIMANOV RAYONU 1222/12
Bakı ( Nərimanov ), Azərbaycan

bizə yazın

tel : (+994 12) 514 19 82 (+994 12) 566 18 44
e-mail : [email protected]
veb : www.steelstructures.az

«STEEL STRUCTURES» MMC

METAL KONSTRUKSIYALAR ZAVODU

Metal konstruksiyalar istehsal edən “Steel Structures” zavodu Dərnəgül şossesi və kondisionerlər zavodu arasında yerləşən “Elektroterm” MMC ərazisində fəaliyyət göstərir, avtomobil və dəmiryolu nəqliyyatı üçün rahat giriş yollarına malikdir.
İstehsalat sexlərinin ümumi sahəsi 14.000 m²–dir. Burada, bütün sifarişlərin keyfiyyətlə yerinə yetirilməsini təmin edən, Almaniya, Fransa, İtalya istehsalı olan müasir avadanlıqlar, yüksək ixtisaslı operatorlar, mühəndis və konstruktorlar çalışırlar. Zavodun yerləşdiyi məkan heç bir əlavə xərc və vaxt sərfiyyatı olmadan sifarişçilərimizə lazımi məhsulu tez bir zamanda və asanlıqla tədarük etmək imkanı verir.
Xidmətlərimizi təklif etdiyimiz sahələr:
-zavodların
-ticarət mərkəzlərinin
-körpülərin
-fabriklərin
-çox mərtəbəli binaların
-olimpiya mərkəzlərinin
tikintisinə və s. metal konstruksiyaların Avropa standartlarına uyğun
hazırlanması və quraşdırılması.
Struktur xidmətlərimiz:
-metal konstruksiyaların istehsalı
-layihənin idarə olunması
-quraşdırma eskizləri
-metal konstruksiyaların yığılması və quraşdırılması.
-qeyri dağıdıcı sınaq laboratoriyası
Zavod çevik qiymət siyasətini tətbiq etməklə, sifarişlərin tez bir zamanda və keyfiyyətlə yerinə yetirilməsini təmin edir, tərəfdaşlara lazımi yardım göstərməklə və zavodun məhsulundan istifadə edilməsilə bağlı bütün suallara mütəxəssisləri tərəfindən məsləhətlər verməklə, etibarlı tərəfdaş və məsuliyyətli tədarükçü kimi nüfuzunu qoruyub saxlamaqdadır. Biz keyfiyyətli və sərfəli qiymətə məhsul təklif etməklə, sifarişçilərimizə xidmət göstərməyə həmişə şadıq.