2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Şәrq Ulduzu MMC

Ünvan

Azerbaycan Res. Şəmkir Rayonu Bakı-Qazax Yolu 388.km
,

bizə yazın

tel : +994 2230 5 36 01
e-mail : [email protected]
veb : www.shergulduzu.com

Şirkət Haqqında

“Şərq Ulduzu” MMC 2002-ci ildə Alırzayev Əsgər Əli oğlu tərəfindən təsis olunmuşdur.

Müəssisə şərab məhsulları və konyak istehsalı ilə məşğuldur.

Müəsissənin 110 hektar üzüm bağları vardır. Həmin bağlarda yerli sortlardan Bayan-Şirə, Rkasiteli, Mədrəsə, Saperavi üzümləri yetişdirilir. Fransadan gətirilmiş tinglərdə salınmış Şardone, Şiraz, Merlot, Kabarne-Saviyon və Petit – Verdo üzüm sortları becərilir.Üzüm bağının 60 hektarı Netafim şirkəti tərəfindən damcılı suvarma sistemi ilə quraşdırılmışdır.

Zavod Almaniyanın G-WEIN (GVAİN) şirkəti tərəfindən layihələşdirilib və konstruksiya olunub. Şərab və konyak istehsalında istifadə olunan avadanlıqlar Klemens, Defranceschi, Bucher-Kaslin, Podavan, Pall, Karl və GAİ şirkətlərinin istehsal etdiyi avadanlıqlardır.

Müəsissədə hal-hazırda 22 adda quru, yarımquru, kəmşirin, şirin və desert şərabları istehsal olunur.2013-cü ilin may ayında isə 3 və 5 ulduzlu konyaklar satışa cıxacaqdır.

Müəssisənin istehsal etdiyi məhsullar Azərbaycan daxilində, Rusiya Federasiyasında və Cənubi Koreya bazarlarında satılır və bir neçə dövlətlərlə danışıq aparılır.


NƏALİYYƏTLƏR

"Şərq Ulduzu" şərablari Dunyanın bir cox aparici festivallarında iştirak etmiş ve bu festivallarda hem olkəsini həmdə müəssisəsini layiqincə təmsil etmişdir.

Aşağida siz müəssisənin iştirak elədiyi sərgilər ve qazandığı uğurlar haqqinda daha ətraflı tanış ola bilərsiniz.

İŞTİRAK ETDİYİ SƏRGİLƏR

2008- Rusiya Federasiyasının Moskva şəhərində keçirilən 2-ci beynəlxalq festifalda iştirak edib.

2009- Rusiya Federasiyasının Moskva şəhərində keçirilən XII beynəlxalq festifalda iştirak edib.

2010- Rusiya Federasiyasının Moskva şəhərində keçirilən beynəlxalq festifalda iştirak edib.

2011- Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “ПРОДЭКСПО - 2011» 18-ci beynəlxalq sərgisində iştirak edib.

2011- Almaniyada keçirilən “MUNDUS Vini” müsabiqəsində iştirak edib.

2012- Yaponiyanın Tokio şəhərinində keçirilən “Jetro FOODEX-2012” beynəlxalq sərgisində iştirak edib.

2013- Azərbaycanda Gəncə şəhərində keçirilən beynəlxalq festifalında iştirak edib