2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Gilan Süd Emalı Zavodları

Ünvan

Azərbaycan, Bakı şəhəri, AZ 1010, Zərifə Əliyeva prospekti 38
,

bizə yazın

tel : + (994) 12 408-50-54
e-mail : [email protected]
veb : www.jale.az


Gilan MMC - süd emalı müəssisələri


Missiyamız: Ekoloji cəhətdən təmiz , təbii məhsul istehsalçıları arasında lider müəssisə olmaqdır.

Məqsədimiz: Xalqımızı yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz , təbii məhsullarla təmin etmək və Azərbaycan malını dünya bazarında tanıtmaqdır.

Zavodlarımızda yeni istehsal sahələri quraraq, məhsullarımızın çeşidini artırırıq. Zavodumuzun istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır.

İstehsalın səmərə və keyfiyyətini artırmaq üçün ölkəmizin müxtəlif regionlarında iri və xırda buynuzlu maldarçılığı inkişaf etdirmək üçün fermerləri məlumatlandırır. İnanırıq ki, yeni texnologiya əsasında hazırlanan Azərbaycan nemətləri dünya bazarında birincilik qazanacaqdır. Hədəfimiz çox yaxında dünyada tanınmış süd istehsalçıları sırasına girərək, layiqli bazar payı əldə etməkdir.

Biz Azərbaycan bazarı üçün istehsal etdiyimiz məhsulları təqdim edərkən qarşısımıza qoyduğumuz birinci məqsədimiz Azərbaycan istehlakçılarının çoxlarının sevdiyi bir çox çeşit sud məhsullarını ekoloji saf və 100% təbii şəkildə,tam arxayınlıqla qidalanmaları üçün onlara çatdırmaqdır.
Azərbaycan istehlakçılarının sevdiyi süd məhsullarına yeniliklər gətirmək və eyni zamanda, Azərbaycanda istehsal edilən süd məhsullarını ölkənin hüdudlarından kənarda tanıtmaqdır.

Gilan Süd Emalı Zavodlarının qarşısında qoyulmuş əsas hədəflər:

Şirkətin istehsal imkanlarının daha da genişləndirilməsi;
Süd bazarında layiqli yerlərdən birini tutmaq;
Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;
Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;
İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;

Uğur prinsiplərimiz:
Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;
Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;
Ölkənin süd istehsalı sektorunda nüfuz qazanmaq.

Dəyərlərimiz:
Peşəkarlıq − biz öz işimizlə məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;
Keyfiyyət − biz istehsal, sağlamlıq və keyfiyyət göstəricisiyik;
Zəmanət − biz məhsullarımıza öz adımızla zəmanət veririk.



 

İstehsalat - Gilan MMC süd müəssisələri

 

Qəbələ, Zaqatala və Tərtər rayonlarında günlük 10 ton, Ağcabədi və Tovuz rayonlarında isə günlük 20 ton istehsal gücü olan süd emalı zavodlarının tikilməsinə 2007– ci ilin sonlarında başlanmış süd emalı zavodlarımızda avropa standartlarına cavab verən, Türkiyə və İtaliyada istehsal olunmuş tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılmışdır. Süd emalı zavodlarımızda son dərəcə güclü təmizləmə gücünə malik olan, Türkiyədə istehsal olunmuş təmizləyici qurğular və yüksək keyfiyyətli avadanlılarla təhciz olunmuş laboratoriyalar həm südün həm də istehsal olunmus məhsulların təmizlənməsini və yoxlanmasını həyata keçirir.

Qəbələ süd emalı zavodunun 2008-ci ildə Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keçirilmişdir. Qəbələ rayonunda istifadəyə verilən süd zavodunda pendir, kərə yağı, ayran, kəsmik, kefir,meyvəli yoqurt və digər süd məhsulları istehsal olunur. Zavod günlük 10 ton süd istehsalı gücünə malikdir. Zavodda 35-40 nəfər işlə təmin olunub.

Zavodlarimiz

Zaqatala süd emalı zavodunun 2010-ci ildə Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keçirilmişdir.Zaqatala rayonunda istifadəyə verilmiş süd zavodunda pendir, qatıq, ayran, kəsmik,xama və digər süd məhsulları istehsal olunur. Zavod gündə 10 ton süd istehsalı gücünə malikdir. Zavodda 35-40 nəfər işlə təmin olunmusdur. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunur.

Tovuz süd emalı zavodunun 2011-ci ildə Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keçirilmişdir. Tovuz rayonunda istifadəyə verilmiş süd zavodunda pendir, qatıq, ayran, kəsmik, qoyun pendiri və digər süd məhsulları istehsal olunur.Zavod gündə 20 ton süd istehsalı gücünə malikdir. Zavodda 40 nəfər işlə təmin olunacaqdır. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunacaqdır.

Ağcabədi süd emalı zavodunun 2011-ci ildə Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keçirilmişdir.Ağcabədi rayonunda istifadəyə verilmiş süd zavodunda pendir, kaşar pendir, qatıq, ayran, kəsmik və digər süd məhsulları istehsal olunur. Zavod gündə 20 ton süd istehsalı gücünə malikdir. Zavodda 40 nəfər işlə təmin olunmuşdur. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunur.

Tərtərrayonunda istifadəyə veriləcəksüd zavodunda pendir, qatıq, ayran, kəsmik və digər süd məhsulları istehsal olunacaqdır. Zavod gündə 10 ton süd istehsalı gücünə malikdir. Zavodda 35-40 nəfər işlə təmin olunacaqdır. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunacaqdır.


 

TVC for Jale from Black Brother on Vimeo.