2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Siyәzәn-Broyler ASC

Ünvan

AZ 5300, Azәrbaycan, Siyәzәn şәhәri.
,

bizə yazın

tel : (+994 23) 304 08 30
e-mail : [email protected]
veb : www.siyazanbroiler.com

Siyəzən Broyler" ASC quşçuluq fabriki Azərbaycanın şimal şərqində yerləşir. "Siyəzən Broyler" ASC quşçuluq fabriki 1984 -cü ildə xalqımızın ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti altında tikilib istifadəyə verilmişdir. Ulu öndərimiz Heydər Əliyev müəssisə ilə fəxr edirdi. Dəfələrlə deyirdi ki, "Siyəzən Broyler" ASC fabriki Respublikamızın milli iftixarıdır.
Təyinatına görə Respublikada ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatıdır. Müəssisədə texnoloji avadanlıqlar vaxtilə Macarıstanın "Baboylo" firması vasitəsilə gətirilərək, onların mütəxəssisləri tərəfindən quraşdırılmışdır. 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. Hal-hazırda fabrikdə 1300 nəfərə yaxın işçi çalışır. Fabrikdə bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Fabrikin illik ət istehsalı  12 000 ton və illik  yumurta  istehsalı 15 000 000 ədəddir.

2000 -ci ildən ASC-nin İdarə Heyətinin sədri vəzifəsində Hüseynov Oktay Şahhüseyn oğlu çalışır. Oktay Hüseynov fabrikdə rəhbərlik etdiyi bu müddətdə yüksək tışkilatçılıq bacarığı, idarəetmənin təşkilində müasir texnologiyadan istifadə etməklə, Respublikamızda keçirilən və şəxsən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının iştirak etdiyi regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar keçirilmiş müşavirədə bizim qarşımıza qoyduğu tələblərə dəqiqliklə və layiqincə əməl etməklə fabrikimiz son vaxtlar daha yüksək nailiyyətlər əldə etmişdir.

Təsərrüfatda  quşların böyüdülüb  saxlanılması üçün 178 bina var.  Burada qapalı şəraitdə təbii  üsul ilə yetişdirilən  quşlar  bioloji təmiz və saf  Şollar suyu ilə və ən yüksək keyfiyyətli yemlə bəslənilir.

Müəssisəmizin fəaliyyəti bütün sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulmuşdur. İstehsal prosesində ən müasir avadanlıq istifadə olunur.
 Gündəlik istehsal olunan məhsul baytarlıq müayinəsindən keçməklə ona baytarlıq sertifikatı verilir

Bütün istehsal dövrünün tamamlanmış kontrolu və məhsulun mükəmməlləşdirilməsi bizə bu sahədə ən yüksək yerini tutmağa imkan verib.
"Siyəzən Broyler" ASC fabrikin sahəsi 605,3 hektar təşkil edir. Fabrikin nəzdində 5 anaclıq zonası, 2 inkubator  stansiyası sanitar kəsim sexi, ət sümük unu bişirmə sexi, kompressor sexi, soyuducu anbarı, yem anbarı, yumurta anbarı, baytarlıq laboratoriyası, aptek və avtotraktor parkı fəaliyyət göstərir.

Hər ay istehsal planına uyğun olaraq inkubatora yumurta qoyulması, cücənin çıxışı, yetişdirilməsi və kəsim proqramları tutulur. Quşların sağlamlığı, məhsuldarlığını artırmaq üçün profilaktik tədbirlər və vaksinasiya proqramları tutularaq ardıcıl iş aparılır.  Dərmanlar, yem və yem əlavələri əsasən xarici ölkələrdən alınır.
Satışlarımız  Bakı, Sumqayıt  və  Respublikanın 10 - dan artıq rayonunda təşkil olunub.

Respublikamızda möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı”nın qarşımıza qoyduğu tələblərə dəqiqliklə  və layiqincə əməl etməklə, fabrikimiz son dövrlər daha yüksək nailyyətlərə imza atmışdır. Müəssisənin 2012-ci il üçün geniş planları mövcuddur, o cümlədən, istehsal sahəlarinin daha da genişləndirilməsi və bu məqsədlə yeni iş yerlərinin açılışı gündəlikdədir.

Biz Sizin sağlamlığınızın qayğısına qalırıq!