2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
NurSüd MMC

Ünvan

AZ 4200, Azәrbaycan Respublikası, Lәnkәran şәhәri, Ş.Axundov küçәsi 39
,

bizə yazın

tel : (+994 25) 254 09 22
e-mail : [email protected]
veb : www.palsud.az

“NurSüd” MMC 23 fevral 2005-ci ildә “PALMALİ Şirkәtlәr Qrupu” tәrәfindәn tәsis edilmişdir.

PALMALIŞirkətlər Qrupunun tərkibində 48 müxtəlif müəssisə və cəmiyyət fəaliyyət göstərir. Baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib və hazırda 45 min nəfərlik kadr heyətinə sahibdir.

2002-ci ildən etibarən Şirkətlər Qrupunun Bakı ofisi fəaliyyətə başlayıb və hazırda onun nəzdində“Xəzər-Lənkəran Futbol Klubu”, “MM İnşaat” və“PALMALIFE” Lenkaran Resort oteli kimi müəssisələr fəaliyyət göstərir.

2005-ci ildə isə “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu təsis edilib. Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd MMC” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda satışın təkmilləşdirilməsi üçün “PalSüd Dağıtım” şirkəti təsis edilmişdir.

2009–cu ildə “Paldad” ticarət nişanıyla məhsull buraxmağa başlayan “Palfood MMC“ dondurma fabrikası təsis edilmişdir.

Bununla da PALMALI Şirkətlər Qrupu qida sənayesi sahəsində təmsil olunmağa başlayıb.