2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Milk - Pro MMC

Ünvan

AZ1025, Azәrbaycan Respublikası, Bakı ş., Xәtai r., H.Salmani küç. 4.
,

bizə yazın

tel : (+994 12) 490 45 54
e-mail : [email protected]
veb : www.mpro.az

Haqqımızda:

“Milk - Pro” MMC 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilmişdir.
İlk əvvəllər şirkət müalicəvi- diyetik süd məhsulları (bifido və laktobakteriya əsasında) istehsalı üzrə ixtisaslaşmışdı. Əlbəttə bu addım qabaqcadan düşünülmüşdü. SSRİ-nin dağılmasından sonra Azərbaycan ərazisində ortaya çıxan hərbi münaqişələr ilə əlaqədar olaraq ölkədə dərman çatmamazlığı və sanitar-gigiyenik tələblərin pozulması, qaçqınların köçdüyü ərazidə dizbakterioz epidemiyası təhlükəsini yaradırdı.
Fəxrlə qeyd edə bilərik ki, o dövrdə, məhz “Milk - Pro” MMC - nin məhsulları bu problemlə mübarizədə əvəzsiz rol oynayırdı.

Bazarın konyukturasını nəzərə alaraq, 1994 ildən başlayaraq “Milk - Pro” MMC istehsal etdiyi müalicəvi süd məhsulları ilə yanaşı xama, kəsmik, qatıq və s. kimi ümumi süd məhsulları da istehsal etməyə başladı. Həmin dövrdən başlayaraq, istehsal etdiyimiz məhsulların çeşid sayını 3 addan 50 ada qədər qaldırmağa nail olmuş və bunun nəticəsində süd və süd məhsullarının satışı üzrə ölkədə və ölkə hüdudları xaricində Azərbaycanın bu sahəsinin lideri olaraq tanınmaqdayıq.
Yalnız yüksək keyfiyyətli təbii xammala üstünlük verən şirkətimizin bütün fəaliyyəti ərzində əsas aspekti istehsal etdiyi məhsulun keyfiyyətinin davamlılığı olmuşdur.
Ciddi texnoloji tələblərə uyğun olan hər bir istehsal olunan məhsul sertifikatlaşdırılıb. 2001–ci ildən isə “Milk - Pro” MMC şirkəti keyfiyyətin idarə olunması, Beynəlxalq Keyfiyyət Standartı İSO 9001 istehsalatda tətbiq edirik.

Bununla belə, əldə etdiklərimiz ilə kifayətlənmir, daim istehsalatımızı inkişaf etdirməyə və günün tələblərinə uyğun təkmilləşdirməyə çalışırıq.

İstehsalımızda xüsusi yer tutan və birbaşa sıxılma yolu ilə hazırladığımız təbii meyvə şirələri və ekzotik meyvə suları Belarus, Polşa, Rusiya, Ukrayna, İsrail, Yeni Zelandiya, Moldova, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Baltikyanı və s. kimi ölkələrdə təkcə “M-Pro” deyil, bir Azərbaycan brendi kimi də şöhrət qazanmışdır. Beynəlxalq bazara böyük müvəffəqiyyətlə çıxan “Milk - Pro” MMC qarşısına yüksək keyfiyyətli - “PREMİUM” məhsulunu məqbul qiymətlərlə çıxarması ilə fərqlənir.
Hal-hazırda şirkətin təsisçiləri arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestitsiya şirkətləri də vardır. Şirkətin tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərir. Hazırda isə Hövsan qəsəbəsində şirkətin tərkibinə daxil olacaq yeni Bakı süd zavodu tikilmişdir.
“Milk - Pro” MMC geniş paylama şəbəkəsinə malikdir: şirkətin avtomobilləri bütün Azərbaycan üzrə hər gün təzə məhsulları yüksək dəqiqliklə paylaşdırır. Məhz bu özəlliklərimizin sayəsində Azərbaycanın bir çox tanınmış şirkətləri, “Ramstore”, “Büyük Fırat”, “Continental”, “Bizim Market”, “Neptun”, “Grand” həmçinin “EUROPE”, “HYATT REGENCY”, “HYATT PARK” “THE CRESENT BEACH Hotel” kimi otellər bu gün bizə güvənir və məmnuniyyətlə qarşılıqlı çalışırlar.
Şirkətin diqqətçəkən ən politik addımlarından biri də şəxsi “Sevimli-Dad” adda mağazaların bazara girişi və say artımı olmuşdur. Yüksək tələbat və alıcı fəallığını nəzərə alaraq “Sevimli Dad” mağazalarının sayı 2011 - ci ildə 8-ə çatdırılmışdır. Bu mağazalarda təzə ət məhsulları ilə yanaşı, ən yüksək keyfiyyətdə gündəlik təzə və tam çeşiddə süd və süd məhsulları məqbul qiymətlərlə alıcılara təqdim edilir.
“Milk - Pro” MMC şirkətinin əsas keyfiyyət mövqeyi və strateqiyası .
Şirkətin şüarı : PRİMUS İNTER PARES (Bərabərlər arasında birinci).

Şirkətin missiyası:
«Geniş, müasir və tələbkar alıcı kütləsinin istəyini qarşılamaq üçün, yüksək texnoloqiyaların tətbiqi ilə, ən keyfiyyətli təbii süddən beynəlxalq standartlara uyğun məhsul istehsal etməkdir»