2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azkompozit MMC

Ünvan

AZ5000, Azәrbaycan Respublikası, Sumqayıt şәhәri, Metallurq küçәsi 5,
,

bizə yazın

tel : (+994 12 ) 497 36 40/41
e-mail : [email protected]
veb : www.azkompozit.az

 «Azkompozit» MMC 2006-cı ildə Sumqayıt şəhərində kompozit materialların istehsalını qurmuşdur. Qısa zaman ərzində müəssisə öz istehsal həcmini artıraraq, dünyanın ən iri kompozit boru istehsalçılarından biri olmuşdur.

Çəkilişi 2007-2010-cu illəri əhatə edən, ümumi uzunluğu 260 km olan Oğuz-Qəbələ-Bakı içməli su xətti «Azkompozit» MMC istehsalı olan kompozit borulardan inşa edilib. Xəttin çəkilişi əsasən diametri 2000 mm olan və 6-25 bar nominal təzyiqə davamlı borularla həyata keçirilib. Bu layihə üzrə ətraflı məlumat İngiltərədə dərc olunanReinforced Plastics” jurnalında öz əksini tapmışdır.

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi başa çatdıqdan sonra zavod Respublikada təlabatı olan su, kanalizasiya, soyutma sistemləri və digər təyinatlı boruların istehsalını həyata keçirir. Bu günə qədər kompozit boruların tətbiqi ilə Respublika daxilində bir çox boru xətti layihəsinin icrası uğurla başa çatdırılıb. Boruların istehsalı və sınağı ISO, AWWA, ASTM, DIN, BS, API və digər beynəlxalq və sənaye standartlarına uyğun olaraq, kompüterlə idarə olunan müasir avadanlıqlar vasitəsi ilə həyata keçirilir. 


Kompozit material - iki və daha çox materialların istifadəsi ilə istehsal edilən məhsula deyilir.

İstehsalda istifadə olunan şüşə lifli möhkəmləndiricilər və termoreaktiv qətranlar şüşə lifi ilə möhkəmləndirilmiş kompozit (GRP) boruların əsas tərkib hissələridır.

Mütərəqqi texnologiyalardan sayılan qəlibə sarıma metodu ilə boru və onun hissələrinin hazırlanması, şüşə lifli parça və sapların qətranla isladılaraq qəlibin səthinə sarınması yolu ilə həyata keçirilir. Hal-hazırda müəssisədə 15 belə istehsal xətti fəaliyyət göstərir. Zavodda müxtəlif fittinq və birləşmə hissələrinin də istehsalı yaradılıb.

Şüşə lifləri və onların sarğı formasının seçilməsi borunun mexaniki xüsusiyyətlərini, qətranların və kimyəvi əlavələrin seçilməsi isə borunun işlədiyi şəraitə dözümlülüyünü müəyyən edir.

Spiral sarğı üsulu ilə istehsal olunan ŞMP kompozit boruların kimyəvi və mexaniki xüsusiyyətləri onların sənaye və məişətdə geniş istifadəsinə imkan verir.

«Azkompozit» MMC yüksək tələbata və keyfiyyət göstəricilərinə malik məhsul çeşidini artırmaq məqsədi ilə müxtəlif istehsal texnologiyalarını mənimsəmişdir:

 

· Pultruziya texnologiyası kompozit inşaat profillərinin istehsalına və onlardan korroziyaya davamlı müxtəlif konstruksiyaların inşasına imkan verir.
· Kompozit tor döşəmələrin qəlibə salma üsulu ilə istehsalı texnologiyası dənizdə və aşındırıcı mühitdə quraşdırılan platformaların və piyada keçid zolaqlarının inşasına imkan verir. 
· Lövhə laminasiyası texnologiyası kompozit dam örtüklərinin və divar lövhələrinin istehsalına imkan verir. 
· SMC (preslə qəlibə salma texnologiyası) quyu qapaqlarının və digər möhkəm kompozit məmulatlarının istehsalına imkan verir.

 

«Azkompozit» MMC-nin keyfiyyəti idarəetmə sistemi 2008-ci ildə Almaniyanın TÜV sertifikatlaşdırma orqanı tərəfindən İSO 9001 sertifikatı ilə təsdiq edilib.