2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azər-İlmə MMC

Ünvan

AZ1110, Bakı Şәhәri, Şәmsi Rәhimov küçәsi 2
,

bizə yazın

tel : (+994 12) 465 6658
e-mail : [email protected]
veb : www.azerilme.az

“Azər-İlmə” MMCöz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalça sənəti ənənələrini yaşadır, inkişaf etdirir və bütün dünyada satışı vasitəsi ilə təbliğinə çalışır.
Xalçaçılığın ocağına çevrilmiş «Azər–İlmə»də 1996-cı ildə fəaliyyətə başlamışdır. Bu gün burada rəssamlar, sənətşünaslar, xalçaçılar, digər peşə sahibləri çalışır və onların sayı 350 nəfərə çatıb. Burada qədim ənənə ilə ən müasir texnologiyalar vəhdətində evləri bəzəyən çeşidli xalçalar hazırlanır. İpin əyrilməsi, təbii boyalarla rənglənməsi, xalça toxunması, toxunduqdan sonra dartılma, yuyulma işləriənənəvi yollarla və müasir texnologiyalarla aparılır. Xalça tam istifadəyə yararlı hala gətirilir.

5Məramımız
-unudulmaqda olan çeşnilərin bərpası;
-yüksək keyfiyyətli xalçalar istehsal etmək;
-bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq;
-Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olmaq.

Miqyasımız
Tarixən qədim toxuculuq mərkəzləri olmuş Bakıda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə,Lerikdə, Şirvandatoxuculuq emalatxanaları olan bu müəssisə, əsrlər boyu biçimlənmiş milli ənənələri ən yüksək səviyyədə yaşadaraq Azərbaycanda və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
“Azər-İlmə” MMCtərəfindən toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika BirləşmişŞtatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində 2003-cü ildə isə Moskvada keçirilmiş satış sərgilərdə müvəffəqiyyətlə iştirak etmişlər.
Hazırda burda istehsal edilən xalçalar ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və dünyanın digər ölkələrində şəxsi kolleksiyaların və evlərin bəzəyinə çevrilmişdir.

Yaratdıqlarımız
“Azər-İlmə”Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarları tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır. Eyni zamanda “Azər-İlmə” də istehsal edilən xalçalar müasir üslublu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara da cavab verir.
“Azər-İlmə”dəyun və ipəkdən toxunan, ən zərif toxunuşlu, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux ahəngdar koloriti ilə seçilən xalçalar bu müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir.

Elmi fəaliyyət

"Azər-İlmə"də Azərbaycan xalça ənənələrini, tarixini tədqiq edərək bu sahədə fundamental elmi tədqiqat işləri aparılır. "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov irimiqyaslı tədqiqat əsərləri olan "Azərbaycan xalçaları", "Azərbaycan xalçaları: Qarabağ qrupu" kitablarının müəllifidir. Xalçalar, naxışlar və Azərbaycan xalça məktəbləri ətrafında tədqiqat işləri uğurla davam etdirilir.

Uğurlarımız
"Azər-İlmə"
Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan xalçalarının tarixi şöhrətini böyük uğurla yaşadan, istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə Avropa bazarında xüsusi yer tutan müəssisə olaraq bir sıra milli və beynəlxalq mükafatlarla təltif edilmişdir.

  1. "Uğur 2006"İQTİSADİYYAT VƏ BİZNES SAHƏSİNDƏ MİLLİ MÜKAFATI. "İxrac yönümlü istehsalın inkişafına töhfəsinə görə" nominasiyasındaConsulting Businessjurnalı tərəfindən 30 yanvar 2007-ci ildə təqdim olunmuşdur.

  2. "Caspian Energy International Award 2007"BEYNƏLXALQ MÜKAFATI. "Azərbaycan xalça sənətinin dirçəldilməsi və inkişafı" nominasiyasında Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən 27 mart 2007-ci ildə təqdim olunmuşdur.

  3. "Kraliça Viktoriya adına eksklüziv mükafat 2007("Queen Victoria Commemorative Medal")."Fəaliyyətində göstərilən şərəf, ləyaqət və fədakarlığa görə" "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov təltif edilmişdir. Mükafat Avropa Biznes Assambleyasının 19-21 mart 2007-ci il tarixində Oksfordda keçirilən Liderlər Samitində təqdim edilmişdir.

  4. “Avropa Keyfiyyət Mükafatı 2009 ”
    Fəaliyyətində boyunca Avropa standartlarına uyğun yüksək keyfiyyətli məhsul istehsal etdiyi üçün "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradov“Avropa Keyfiyyət Mükafatı” ilə təltif olunmuşdur. Mükafat Avropa Biznes Assambleyasınd təqdim edilmişdir

  5. “İlin Brendi 2010”
    Beynəlxalq “Caspian Energy” Media Qrupu 2010-cu ilin yekunu kimi “Azər-İlmə MMC”-ni “İlin brendi” mükafatına layiq görüb.Bu mükafatla “Azər-İlmə MMC” Azərbaycanda xalça sənətinin inkişafına böyük töhfələr bəxş etməsinə, bu qədim dekorativ tətbiqi sənət növünün yaşadılmasına, qorunmasına, həmçinin təbliğinə görə təltif edilib.
Uğur-2006
Queen Victoria Commemorative
Medal
Caspian Energy International
Award

1
European Quality -2009
2
İlin Brendi 2010