2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
İdeal Dizayn MMC

Ünvan

AZ1065, Azәrbaycan Respublikası, Bakı şәhәri, Yasamal rayonu, Bәsti Bağırova küçәsi, 15A
,

bizə yazın

tel : (+994 12) 596 44 15/25
e-mail : [email protected]
veb : www.idealdizayn.az

Biz kimik

Haqqımızda maraqlandığınız üçün Sizə öz təşəkkürümüzü bildiririk!

Ofis, Otel, Təhsil ocaqları, Kafe, Restoran, Bar üçün Sizə mebel və mebel avadanlıqları lazımdırsa, iDEAL DiZAYN xidmətinizdədir. EMBAWOOD ailəsinə daxil olan iDEAL DiZAYN yerli və xarici fabrikləri, beynəlxalq əlaqələri, güclü və ixtisaslaşmış kadr heyəti ilə yarandığı ilk gündən bu günə qədər keçdiyi müddətdə aparıcı ofis mebeli brendlərindən birinə çevrilmişdir və hər zaman Sizin istəklərinizi reallaşdırmağa hazırdır.

Keyfiyyət və Xidmətimizə önəm verdiyiniz - Daimi Tərəfdaşınızıq!


Missiya və dəyərlər

Viziyonumuz Azərbaycanda pərakəndəçi lider brend olmaqla bərabər bölgədə bazar payını artıran bir brend olmaqdır.

Missiyamız dünyadakı texnoloji yenilikləri izləyərək, tərəfdaşlıq çərçivəsində bütün hədəf müştərilərimizə tam konseptual həllər verib onların bizneslərinə dəstək verməkdir.

iDEAL DiZAYN-nın məqsədi müştərilərin keyfiyyətlə bağlı gözləntilərini artıqlamasıyla reallaşdırmaq, eyni zamanda müştərilərin qiymət seçimi üçün ən uyğun alternativ verməkdir.



Təşkilati struktur

iDEAL DiZAYN 2000-ci ildə EMBAWOOD şirkətinin ofis mebeli brendi olaraq yaradılıb və Azərbaycanda ofis mebellərinin istehsalını və satışını həyata keçirir. iDEAL DiZAYN müştərilərinə həm seriya, həm də özəl sifariş əsasında bol çeşiddə məhsul təqdim etməkdədir. Seriya istehsal xəttinin və iri tutumlu məhsul anbarlarının mövcudluğu bizə imkan verir ki, Sizin kataloq üzrə verdiyiniz sifarişi 1-3 gün ərzində həyata keçirək.

iDEAL DiZAYN kadr seçiminə xüsusi önəm verir və bunu effektiv, sistemli şəkildə həyata keçirir. Təcrübəli və istedadlı kadr potensialından yararlanaraq şirkətimiz ilk növbədə müştərilərin maraqlarının tam şəkildə və zövqlə ödənilməsini təşkil edir. Biz buna ağıllı idarəetmə, analitik düşüncə, düzgün qərar və komanda işbirliyi sayəsində nail oluruq. İşçi sayımız 2400-dən çox, ortalama yaş həddi 30-dur. iDEAL DiZAYN-ın nailiyyətlərinin əsas səbəblərindən biri də müştərilərin nə istədiyini daim araşdırmaq, onlara qarşılıq vermək və maksimum həyata keçirməkdir. Bunu nəzərdə tutaraq biz məhsul portfelimizi geniş etmişik.

iDEAL DiZAYN olaraq Sizə ofis mebelləri ilə yanaşı, otel, təhsil ocaqları üçün mebellər, kafe, restoran, bar üçün mebel, Kürsü və stullar təqdim edirik.