2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Qafqaz Kağız Sənaye MMC

Ünvan

AZ1029, Azәrbaycan Respublikası, Bakı şәhәri, Heydәr Әliyev prospekti 92a
,

bizə yazın

tel : (+994 12) 448 06 82; 436 06 58.
e-mail : [email protected]
veb : www.qafqazkagiz.az

Azərbaycanın və regionun ən böyük təmizlik və gigiyenik kağız məmulatları istehsal edən müəssisələrindən biri olan - “Qafqaz Kağız Sənaye” MMC, 1997-ci ildə “Azersun Holding” Şirkətlər Qrupunun tərkibində təsis edilmiş, 10 nəfər işçi qüvvəsi və 4 ədəd dəzgah ilə fəaliyyətə başlamışdır. Təmizlik və gigiyenik kağız məhsullarına daim artan tələbat, bu sahədə inkişafın bünövrəsini qoymuşdur və 2005-ci ildə aparılan yenidənqurma işləri nəticəsində müəssisə yeni, müasir avadanlıqla təchiz edilmiş və istehsal gücünü artırmışdır. Yeni texnologiyaların tətbiqi nəticəsində Kağız Dəsmalı fabriki istehsal gücünü illik olaraq 2500 tona çatdırmağa nail olmuşdur. Həmin ilin aprel ayından “Qafqaz Kağız Sənaye” MMC ayrıca müəssisə kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda Kağız Dəsmalı fabrikin iş sahəsi 700 m2-dən 6000 m2-dək genişlənmişdir.

Hazırda fabrik hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları istehsal etmək gücünə malikdir. Bu gün 60 nəfərdən çox işçinin çalışdığı müəssisə ölkənin dəsmala olan tələbatının mühüm hissəsini ödəməyə qadirdir.

“Qafqaz Kağız Sənaye” MMC, keyfiyyətli məhsul istehsalının sübutu kimi 2005-ci ilin oktyabr ayında İSO-9001 keyfiyyət sistemi sertifikatını qazanmışdır.

MİSSİYAMIZ

Missiyamız təşkilatımızın mövcud olma məqsədi, müxtəlif fəaliyyət istiqamətlərində oynamalı olduğu roldur.

Etibarlı, yüksək keyfiyyətli, sağlamlığa və ətraf mühitə zərər verməyən məhsul və xidmət istehsal etmək.

  • Bu mal və xidmətləri ən uyğun şəkildə istehlakçılara təqdim etmək;
  • Fəaliyyət göstərdiyimiz sektorda ən yaxşıların əməkdaşlıq etmək istəyəcəkləri təşkilat olmaq;
  • Nizamlı və sağlam böyümək, orta yol seçmək, irəliləmək və maliyyə imkanlarımızı 
    beynəlxalq səviyyəyə çatdırmaq;
  • Sabit rəqabət üstünlüyümüzü qorumaq və dünyaya açılmaq;
  • Sosial məsuliyyət sahibi, etibar edilən təşkilat olmaq;
  • Texnoloji infrastrukturdan intensiv və faydalı şəkildə istifadə etmək;
  • Yerli gücümüzü regional üstünlüyə çevirmək;
  • Məhsul və xidmət növünü çoxaldaraq satış həcmini artırmaq;
  • İstehlakçıların ehtiyac duyduqları mal və xidmətləri vaxtında qiymət dəyər əlaqələri daxilində 
    təmin etmək;
  • İçində fəaliyyət göstərdiyi sektora istiqamət vermək;
  • Fəaliyyətdə olduğumuz ölkədə keyfiyyət ənənəsinin yayılmasına nail olmaq;
  • İstehlakçı istiqamətli xidmət anlayışını tətbiq etmək,
  • Ümumi keyfiyyətə nail olmaq və məhsullarımızın dünyanın hər bir yerinə çatmasına nail olmaq;
  • Sosial ədaləti təşkilatın ən vacib prinsipinə çevirmək, insan hüquqlarının, insan amilinin 
    həmişə ön planda olmasını təmin etmək və bu sahədəki nəzəri və tətbiqi fəaliyyətləri inkişaf etdirmək