2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Sultan Grafics

Ünvan

AZ1078, Azәrbaycan Respublikası, Bakı şәhәri, Yasamal rayonu, Salamzadә 1055.
,

bizə yazın

tel : (+994 12) 430 03 22 (+994 12) 430 28 00
e-mail : [email protected]
veb : www.sgpack.net

Məqsədin görünməsi və inkişaf strategiyası

Sultan Grafics qablaşdırıcı karton qutunun yerli istehsalçıları arasında aparıcı mövqe tutan müəssisə olmaqla 2000-ci ildən başlayaraq, qablaşdırıcı karton qutunun istehsalı və dizaynının yaradılması sahəsində aktiv fəaliyyət göstərir. Müəssisə ilbəil təkmilləşmiş, müasir avadanlıq əldə etmiş, işçiləri təlimləndirmiş və geniş sifarişçilər dairəsinə nail olmuşdur.

Ən yeni texnologiyalar əsasında sənayenin müxtəlif sahələri üçün qablaşdırıcı karton qutu istehsalı üzrə tam xidmətlər kompleksi təklif edir, məhsulun, qablaşdırma qutusunun funksionallığının, rəqabət qabiliyyətli maya dəyərinin və istehsalın stabilliyinin qorunması sahəsində müştərinin tələbatlarını təmin edirik. Müştərinin məhsulu üçün peşəkar xidmətlə təmin olunmuş münasib və keyfiyyətli, rəqabət qabiliyyətli qablaşdırıcı karton qutu hazırlamaqla əməkdaşlıq üçün etibarlı və peşəkar tərəfdaşıq.

Yeni texnologiyaların inkişaf etdirilməsi müəssisəmizin inkişafı üçün prioritetdir. Hal-hazırda biz, yeyinti və qeyri-yeyinti sahələri, tütün və çay məhsulları da daxil olmaqla, sənayenin bütün sahələrində, kimya sənayesində istehsal olunan səpələnən və bərk məhsullar, habelə yuyucu və təmizləyici tozun qablaşdırılması, çapdan sonrakı və naxışlama əməliyyatlarında hər bir sahənin spesifikası və tələbatları nəzərə alınmaqla müxtəlif məmulatlar üçün qablaşdırma qutuları hazırlayırıq.

Sultan Grafics istehlakçıya, bazarın sürətlə artan tələbatlarına yönəlmiş müəssisədir. Ən yeni texnologiyaların inkişaf etdirilməsi, tanınmış dünya istehsalçılarının müasir avadanlığının quraşdırılması, işçi heyətinə ayrılan investisiyalar müəssisənin inkişaf prioritetidir.

Müəssisənin fəaliyyət müddəti ərzində onun iş həcmlərini genişləndirmiş, sifarişçilərə məhsul tədarükünü artırmış, müştərilərimizin tələblərinə uyğunlaşmağa çalışmışıq və bunun da nəticəsində Sifarişçiyə yönəlmiş xüsusi iş fəlsəfəsi formalaşmışdır.

Müəssisəmizin yüksək ixtisaslı mütəxəssisləri qablaşdırma dizaynının işlənib hazırlanması üzrə Sizə həmişə xidmətlər təklif etməyə, qablaşdırmanın və taranın seçiminə dair tövsiyələr verməyə, karton növünün seçilməsi və orijinal qablaşdırma konstruksiyalarının yaradılması zamanı yardım göstərməyə hazırdır. İstənilən tutumda qablaşdırıcı karton qutunun Azərbaycanın istənilən nöqtəsinə və onun hüdudlarından kənara çatdırılmasını təmin etməyə qadirik. Şirkət əməyin yüksək təşkilinə malikdir ki, bu da ən qısa müddətlərdə keyfiyyətli qablaşdırıcı karton qutular istehsal etməyə imkan verir.

Öz konstruktor şöbəmizin olması bizə qablaşdırıcı karton qutunun yeni çeşidlərini yaratmaq imkanı verir, istifadə olunan istehsal gücləri və çap-poliqrafiya avadanlığı isə o dərəcədə müasirdir ki, bu da şirkətə praktiki olaraq, qeyri-məhdud həcmdə qablaşdırıcı qutular hazırlamaq imkanı verir. Geniş tələbat məhsulları üçün fərdi qablaşdırıcı karton qutunun işlənməsi və hazırlanması zamanı əsas diqqəti sonrakı qablaşdırma prosesinə ayırırıq:

- qablaşdırma qutusunun düzgün markalanması;
- dizaynın aydınlığı;
- qablaşdırma qutusunun yığılma vaxtı və rahatlığı;
- qutuya qablaşdırma sürəti;
- avtomatik qablaşdırma imkanı;
- qablaşdırmanın etibarlılığı;
- qablaşdırılmış məhsulun şəbəkə mağazaların, supermarketlərin və hipermarketlərin vitrinlərinə və piştaxtalarına çıxarılması;
şirkət