2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Sәbail maşınqayırma zavodu TASC

Ünvan

AZ1023, Bakı şәhәri, Sәbail rayonu, Ö.F.Nemanzadә küçәsi 37.
,

bizə yazın

tel : (+994 12) 581 10 06 (+99412) 581 17 37
e-mail : [email protected]
veb :

1937-ci ildәn Volodarski adına maşınqayırma zavodu kimi fәaliyyәt
göstәrmiş, 31 oktyabr 2001-ci ildәn «Sәbail maşınqayırma zavodu»
Törәmә Açıq Sәhmdar Cәmiyyәti adlandırılmışdır.
İstehsal etdiyi mәhsullar: qazma vә qoruyucu borular üçün tipli maşın açarları;
qazma boruları üçün әl açarları; gövdәli elevatorlar; tipli kәsikli asma açarları;
ştanqfırladıcı; quyu kameraları; alәtlәr kompleksi; borututan; ehtiyyat hissәlәri.
Mәhsulların sertifikatlaşdırılması:
Zavod istehsal etdiyi mәhsullara Standartlaşdırma, Metrologiya vә Patent üzrә
Dövlәt Komitәsindәn uyğunluq vә Fövqәladә Hallar Nazirliyindәn texniki tәhlükәsizlik
sertifikatları almışdır. Zavodda BS İSO 9001-2008 tәlәblәrinә cavab verәn Keyfiyyәti
İdarәetmә Sistemi tәtbiq olunaraq Beynәlxalq Sertifikatlaşdırma Orqanı «Moody
İnternational» tәrәfindәn sertifikatlaşdırılıb.
Müәssisәnin avadanlıqları:
Mәhsullar әsasәn xüsusi frez dәzgahlarında emal olunur.
Mәhsulun ixrac olunduğu ölkәlәr:
Rusiya Federasiyası, Qazaxıstan, Türkmәnistan, Özbәkistan.
Müәssisәdә çalışan işçilәrin sayı:
«Sәbail maşınqayırma zavodu» TASC-dә 38 nәfәr işçi çalışır.