2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Qanun nəşriyyatı

Ünvan

Bakı, Az1102,Tbilisi pros.,76
,

bizə yazın

tel : (+994 12) 431 16 62; 431 38 18
e-mail : [email protected]
veb : www.qanun.az

“Qanun nəşriyyatı” 1992-ci il 18 yanvardan fəaliyyətə başlayan “Qanun” jurnalı redaksiyasının tərkibində bir şöbə kimi yaradılmışdır. 1996-cı ildən müstəqil nəşriyyat kimi özünü elan etmişdir.
Nəşriyyat ilk illərdə əsasən hüquq və tərcümə ədəbiyyatı nəşr edirdi. Artıq on il olar ki, bədii ədəbiyyat və tərcümə ədəbiyyatının nəşrinə üstünlük verilir.
“Qanun nəşriyyatı” bütün sahələrdə, Fəlsəfə, Tarix, Uşaq ədəbiyyatı, Dini ədəbiyyat, Mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir.
“Qanun nəşriyyatı”nın gənclərlə bağlı başladığı “birinci kitab” və “ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə çox populyardır.
“Qanun nəşriyyatı”nın başladığı “Ən yeni tərcümə” seriyasında Nobel mükafatı laureatları Qabriel Qarsia Markes, Orxan Pamuk, Herta Muller, J.M.G. Le Clezio ilə yanaşı Berhard Şlink, Paulo Koelyo, Den Braun kimi dünyaca oxunan yazarların əsərləri türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Qanun nəşriyyatı – Klassilklər seriyasında dünya klassikasının nümunələri, “Dünya uşaq ədəbiyyatı” seriyasında isə yeniyetmələrin bədii təfəkkürünü inkişafına hesablanan əsərlər nəşr olunur.
Azərbaycan kitab bazarında əksər kitablar “Qanun nəşriyyatı”na məxsusdur.
“Qanun nəşriyyatı” – Azərbaycanın hər üçüncü kitabı.