2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azərbaycan Sahibkarlar Konfederasiyası

Ünvan

Azərbaycan Respublikası, Bakı ş., AZ 1110 Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə
,

bizə yazın

tel : (+99412) 465 72 42 / 465 72 43 / 465 72 44 / 465 72 45 / 465 72
e-mail : [email protected]
veb : www.ask.org.az

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir.
ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
·        Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir;
·         Sahibkarlığa Kömək Dövlət Proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək edir;
·        Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır;
·         Üzvləri arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək edir;
·        Sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramlarını hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
·        Ölkə sahibkarlarına xaricdə daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında iştirak edir;
·        Sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir;
·        Sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onlarının əlverişli istiqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır;
·        Sosial-iqtisadi yönümlü təşkilatların yaradılmasına və inkişafına kömək edir;
Konfederasiya özündə 5000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.
ASK Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi s sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Assosiasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlıq Konqresinin üzvüdür. Konfederasiya ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İran, Türkiyə və Misir və İsrailin Azərbaycandakı səfirlikləri, sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatlar, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq edir.
Konfederasiyanın Azərbaycanın 10 rayonunda bütün repsublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.