2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azərbaycan Türkiyə İş Adamları Birliyi

Ünvan

İstiqlaliyyət küç., 21, 5-ci mərtəbə AZ1001, Bakı, Azərbaycan Respublikası
,

bizə yazın

tel : +994 12 449 88 82 +994 12 449 88 83
e-mail : [email protected]; [email protected]
veb : www.atib.az

ATİB-in VİZYONU

Azərbaycan Türkiyə İş Adamları Birliyi Azərbaycanı regionun qabaqcıl ölkəsi kimi və dünyanın inkişaf etmiş ölkələri sırasında görür və bunun üçün, öncəliklə Azərbaycan və Türkiyə arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə inanır.



ATİB-in MİSSİYASI

ATİB Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə toplayaraq, Azərbaycanın sahib olduğu iqtisadi potensialdan birlikdə istifadə etmək və bir SİNERJİ yaratmaq üçün qurulub.


liderlik:öz sahəsində lider olan bir təşkilat kimi mövqelərini qorumaq və daha da gücləndirmək;

müstəqillik:fəaliyyətində bütün maraq tərəflərinin ehtiyaclarını və maraqlarını nəzərə almaqla yanaşı, heç bir tərəfdən asılı olmamaq, müstəqil şəkildə öz strategiyasını və fəaliyyət planını müəyyənləşdirib icra etmək;

dürüstlük:xidmət benefisiarlarına və bütövlükdə cəmiyyətə qarşı dürüst davranmaqla öz müsbət reputasiyasını daim qorumaq;

ədalətlilik:baş verən hadisələrə münasibətdə və işçi heyəti ilə qarşılıqlı fəaliyyətdə bərabərlik və obyektivliyə nail olub məsuliyyət və səlahiyyətin optimal nisbətini tapmaq;

innovativlik:resurslardan istifadənin və fəaliyyətin səmərəliliyini artırmaq üçün daim yenilikləri öyrənmək və tətbiq etmək;

açıqlıq:yerli, regional və qlobal təşəbbüslərə çevik qoşulma, müxtəlifliklərə və fərqli münasibətlərə dözümlü yanaşma.


Tariximiz

Azərbaycan Türkiyə İş Adamları Birliyi 2002-ci ildə təsis edilmiş Türk İş Adamları Dərnəyinin (TİAD) hüquqi varisidir. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adının dəyişdirilməsi və onun Azərbaycan Türkiyə İş Adamları Birliyi adlandırılması barədə qərar qəbul edildi.

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) işgüzar dairələrin maraqlarını təmsil edən ictimai birlik olmaqla qurulduğu tarixdən etibarən ötən müddət ərzində bir çox nailiyyətlərə imza atıb. Ekspertlərin fikrincə, ATİB Azərbaycanın və eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin iş adamlarını birləşdirən ən nüfuzlu birliklərindən biridir. ATİB-ə və onun rəhbər orqanlarına daxil olan iş adamları sahibkarlıq ictimaiyyətinin səylərini ölkənin və xalqın maraqları ətrafında birləşdirmək istiqamətində bir çox işlər görürlər.