2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Şirin MMC

Ünvan

Bünyadov küç.17A, Bakı şəhəri.,Azerbaycan
,

bizə yazın

tel : (994 12) 425 16 07
e-mail : [email protected]
veb : www.shirin.az

Şirin MMC Haqqında

Şirin qənnadı fabriki 2006-ci ildə fəaliyyətə başlamışdır. Keçən bu dövr ərzində istehsal xətlərinin sayının artırılması və məhsul çeşidlərinin çoxalması Şirin MMC-nin daha da böyüməsinə gətirib çıxarmışdır.

Şirin Qənnadı fabriki Avropanın qabaqcıl istehsal xətlərindən və eyni zamanda həmin istehsal xətlərində yüksək keyfiyyət göstəricilərinə malik olan xarici və yerli xammallardan istifadə edərək məhsullarını istehsal etməkdədir. Şirin MMC müştərilərinə yüksək keyfiyyətli çeşid qrupları təklif etməklə öz rəqabət üstünlüyünü daimi olaraq təmin edir.

Şirin Qənnadı Fabriki əldə olunmuş nəaliyyətlər ilə kifayətlənməyərək mütəmadi olaraq yeniliklər üzərində çalışır.

Şirin Qənnadı fabriki həm ölkəmizdə, həm də ölkəmizdən kənardaki qida sərgilərində iştirak edərək məhsullarını təqdim edir və keyfiyyətimizin bariz nümunəsi kimi müxtəlif mükafatlara layiq görülür.

“World Food Moskva 2013” qida sərgisində Şirin MMC-nin Femida məhsulu “İlin ən yaxşı məhsulu” naminasiyası üzrə qızıl medalla təltif olunmuşdur. Bununla yanaşı Şirin Qənnadı fabriki daxili bazarla kifayətlənməyərək xarici bazar müştəriləri üçün də öz məhsullarını təqdim etməkdədir.

Şirin MMC Rusiya Federasiyasında və Mərkəzi Asiya ölkələrinin müştərilərinə öz məhsullarını təqdim etməkdədir.