2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
"Unibank" işçi axtarır - Vakansiya

Unibank  Bakı və region filialları (Gəncə, Şəmkir, Şəki, Mingəcevir, Bərdə, İsmayıllı, İmişli, Lənkərat, Salyan, Tovuz, Quba, Xaçmaz,) üçün korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. Şirkətdən fins.az-a verilən məlumata görə, 20-27 yaş arasında, ali təhsilli  (Ali iqtisadi təhsilə üstünlük verilir), azərbaycan və rus dilini bilən, yüksək riyazi bilik, analitik qabiliyyət, müştərilərlə ünsiyyət qurmaq bacarığı olan və məsuliyyətli namizədlər vakansiya ilə bağlı müraciət edə bilər.
Hərbi xidməti bitirənlərə və ya xidmətdən möhlət hüququ olanlara üstünlük verilir.

Əsas öhdəliklər:

Yeni biznes müştərilərin axtarışı və cəlb olunması
Müştərilərin konsultasiyası
Maliyyə təhlilinin aparılması
Kredit işinin kredit komitəsinə hazırlanması
Müştərilərin mövcud portfelinin monitorinqi

Maraqlananlar mövzu bölməsində Korporativ kreditlər və filialın adını qeyd etməklə CV formalarını[email protected] ünvanına göndərə bilərlər.