2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
20-ci yubley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

“BakuBuild 2013”: Xəzəryanı regionun ən böyük sərgisindən parlaq təəssüratlar

Oktyabr ayının 23-dən 26-dək Bakı Ekspo Mərkəzində “ITE Group plc” və “Iteca Caspian” şirkətləri tərəfindən təşkil edilmiş 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2013”) sərgisi keçirildi. Builki sərgini fərqləndirən əsas cəhət onun miqyası, eləcədə iştirakçıların və ziyarətçilərin sayı oldu.


“BakuBuild 2013” sərgisi möhtəşəm Bakı Ekspo Mərkəzinin bütün dörd pavilyonunu, o cümlədən mərkəzin əsas foyesini və xarici meydançasını tutmuşdu. Sərginin rəsmi açılış mərasimində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev, İtaliyanın Azərbaycandakı səfiri cənab Campaolo Kutillo və “ITE Group plc” şirkətinin İcraçı direktoru cənab Edvard Stroon iştirak etdilər.

Çıxış edənlər Azərbaycanın inşaat sənayesində genişmiqyaslı dəyişikliklərin rolunu, bu dəyişikliklərin ölkənin iqtisadi inkişafına və investisiya axınına müsbət təsirini və “BakuBuild” sərgisində ildən-ilə müşahidə olunan artımın bütün bu faktları əyani şəkildə əks etdirməsini vurğuladılar. “ITE Group plc” şirkətinin İcraçı direktoru cənab Edvard Stroon isə öz çıxışında sərginin indiyə qədər misli görünməmiş artım göstəricilərini qeyd edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) göstərdikləri dəstək üçün öz minnətdarlığını bildirdi.

Bu il sərgidə Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan birdən-birə 7 milli qrup çıxış edirdi. Sərgiyə ən geniş tərkiblə İtaliyanın Breşiya və Milan şəhərləri, həmçinin Novara əyalətindən olan sahibkarlar qrupu qatılmışdı. BƏƏ-nin milli qrupu sərgidə ilk dəfə idi ki, iştirak edirdi. Bundan əlavə, Türkiyə sahibkarları da sərgidə kollektiv surətdə iştirak edirdilər. Çin şirkətləri tərəfindən tutulan sərgi sahələri də genişlənmişdi. Son 10 il ərzində Azərbaycanda tikinti işlərinin həcmi 14 dəfə artmış, bu sektorda çalışan şirkətlərin sayı 1480-ə çatmış, özəl sektorun payı isə 77% yüksəlmişdir. Bütün bu faktlar əlbəttə ki, yerli şirkətlərin sərgidəki iştirakında öz əksini tapdı, belə ki, bu il daha çox sayda yerli şirkət sərgidə iştirak edirdi və onlar sərgi meydançasının 38%-ni tutmuşdular.

“Mətanət A”, “Arsenal Center”, “Holsim Azerbaijan”, “Knauf”, “Norm”, “Akkord”, “Azbentonit”, “Baku Steel Company”, “Basf Caspian”, “Yenilik”, “Gilan Holding”, “Mr. Fix” və digər sənaye şirkətlərinin stendləri, həmçinin inşaat texnikasının “Sky Jack”, “Volvo”, “MAN”, “Hydrokon”, “Hitachi JCB”, “Toyota” və “Carmix” kimi liderlərinin ən yeni məhsullarının nümayiş etdirildiyi ”İnşaat texnikası” bölməsi böyük maraqla qarşılandı. Bu ilin yenilikləri arasında sanitariya texnikasının unikal nümunələri, yeni plastik profillər, üzlük plitələr, dam və hidroizolyasiya materialları, kabel məhsulları, şvellerlər, yeni sement növləri, məsaməli beton blokları, lak və boya örtükləri, izolyasiya sistemləri, müasir istilik və səs izolyasiyası materialları, bəzək-naxış materiallarının geniş çeşidi, metal konstruksiyalar, taxta ev tikililəri və s. var idi. Bu cür müxtəliflik peşəkar ziyarətçilərə inşaat sənayesi təkliflərinin tam spektrini əhatə etməyə imkan verdi. Həmçinin, bir sıra inşaat istiqamətlərinin birləşdirilməsi sayəsində potensial müştərilər sərgilənən məhsulların üstünlükləri, “nou-hau”lar və perspektivli layihələrlə səmərəli şəkildə tanış ola bildilər.

Bu il təqdimat mərasimləri, seminarlar və ustad dərslərini ehtiva edən zəngin və dolğun işgüzar proqram sayəsində sahibkarlar sərgiyə daha çox maraq göstərirdilər:

  • Oktyabr ayının 24-dən 25-dək “Dubai Export” şirkətinin təşkilati dəstəyi ilə Dubay və Azərbaycan sahibkarlarının biznes-forumu keçirildi;
  • 25 oktyabr tarixində “Iteca Caspian” şirkətinin dəstəyi ilə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (“CEIBC”) tərəfindən inşaat klubunun “Regionun inşaat sənayesinin perspektivləri və inkişafı” mövzusunda 3-cü Xəzər-Avropa İclası keçdi. Əsas müzakirə mövzularına şəhərsalmanın planlaşdırması, tikintinin keyfiyyəti və özünütənzimləmə, habelə tikilmiş ərazilərin inkişafı və tarixi mərkəzin qorunub saxlanılması daxil idi. Dövlət strukturlarının nümayəndələri klub üzvlərinə öz fəaliyyətləri barədə məlumat verdilər və inşaat sektorunun inkişafı və tikintidə dövlət standartlarının tətbiqi haqqında verilən sualları cavablandırdılar. Həmçinin, iclas çərçivəsində sərginin bir sıra iştirakçıları öz məruzə və təqdimatları ilə çıxış etdilər;
  • Sərginin işgüzar proqramına “Azsertservis”, “Smartek”, “Studio Bellesi Giuntoli”, “Axis Communications”, “Aereco”, “AAC”, “Türk Yapı Sənaye” və “JUNG Vilnius UAB” şirkətlərinin seminar və təqdimat mərasimləri də daxil idi.

Bu ilin digər sevindirici hadisəsi ilə ziyarətçilərin sayı oldu, belə ki, statistik göstəricilərə əsasən, bu il sərgini 10776 nəfər ziyarət etmişdir.

Ən parlaq və yaddaqalan stendlərlə çıxış edən iştirakçılara sərginin təşkilatçıları tərəfindən xatirə sertifikatları təqdim olundu. Beləliklə, aşağıdakı şirkətlər növbəti nominasiyalarda fəxri sertifikatlara sahib oldular:

  • “Ən yaxşı korporativ üslub” – “Pakpen” şirkəti
  • “Ən yaxşı stend dizaynı” – “Tutto Bello” şirkəti
  • “Ən yaxşı stend quruluşu” – “Dubai Exports” şirkəti
  • “Ən yaxşı stend tərtibatı” – “Aluk Group” şirkəti
  • “Müştəriləri stendə cəlb etmək üçün ən yaxşı üsul” – “AS Group” şirkəti
  • “Ən kreativ stend” – “Korona” şirkəti
  • “Ən çox ziyarət olunan stend” – “Eurodoor” şirkəti
  • “Ən cəlbedici stend” – “Lokano” şirkəti

“BakuBuild 2013” sərgisi 5-ci Yubiley Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2013”) sərgisi və 6-cı Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2013”) sərgisi ilə paralel keçirilirdi. “Aqua-Therm Baku 2013” sərgisində istilik sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, havapaylayıcı qurğular və s. təqdim olunurdu. “CIPS 2013” ekspozisiyasını isə qapalı mühafizə televiziyası (CCTV), qəza-xilasetmə texnikası, təhlükəsizlik sistemləri, siqnalizasiyalar, videomüşahidə, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi və yanğından mühafizə siqnalizasiyası sistemləri kimi sahələrdə tətbiq olunan avadanlıqların ən yeni nümunələri, müasir texnologiyalar, ən son nailiyyətlər və layihə ixtiraları təşkil edirdi.

“Xəzər İnşaat Həftəsi”nin bütün son xəbərləri sərginin rəsmi internet səhifəsində və sosial şəbəkələrdə yerləşdirilmişdi. Ənənəvi olaraq, sərgi üçün rəsmi kataloq da dərc edilmişdi. Bu kataloq uzun illərdir ki, yerli sahibkarlar üçün sorğu kitabçası kimi xidmət göstərir. Həmçinin, sərgi çərçivəsində “Daily News” qəzetinin iki buraxılışı da işıq üzü gördü. Bu buraxılışlarda sərgidəki bir çox maraqlı hadisələr və parlaq məqamlar işıqlandırılırdı.

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilirdi. Sərginin bu uğuru heç şübhəsiz ki, “ITE Group plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin birgə əməyinin nəticəsi idi. Bu tərəfdaşlar arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətlərini qeyd etmək olar. Artıq altı ildir ki, “BakuBuild” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyətin nişanına layiq görülür.

“BakuBuild 2013” sərgisinin qızıl sponsoru qismində “Norm” şirkəti çıxış edirdi. Sərgiyə sponsorluq edənlər arasında “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri də var idi. 2013-cü ildə “Iteca Caspian” şirkəti tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı qismində “SafeLife” şirkəti, rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirdilər.

Gələn il öz iyirmi illik yubileyini qeyd edəcək “BakuBuild” sərgisinin populyarlığı ildən-ilə artır. Yubiley sərginin 22-25 oktyabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, təşkilatçılar tərəfindən “BakuBuild 2014” sərgisini müşayiət edəcək xüsusi tədbirlər proqramı da planlaşdırılır.