2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azərbaycanın ilk sənaye portalınin təqdimat mərasimi keçrilib

Bu gün Beynnəlxalq Mətbuat Mərkəzində   "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərmivəsində yaradılan www.e-senaye.az - Elektron sənaye portalınin təqdimat mərasimi keçrilib.

  Təqdimatda çıxış edən "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadə bildirib ki,  Şəmsi Əsədullaev xeyriyyə ictimai birliyiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində www.e-senaye.az - Elektron sənaye portalı yaradılıb.

 

Cəsarət Hüseynzadə qeyd edib ki, bu ideya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il  Azərbaycan Respublikasında  "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.

Layihə koordinatorunun sözlərinə görə layihə çərşivəsində Azərbaycanda ilk dəfə olaraq sənaye portalı yaradılıb.

Elektron sənaye portalı çox fünksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəsissələr üçün geniş imkanlar təqdim edir.

 

Beləki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və  yaxud VİP üzüvlük statusu alır.

Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir.

 Layihə içraçıları tərəfdən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəsisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya daxil edilmişdir.

 Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin sektor rəhbəri Müzəffər İsmayılıov təmsil etdiyi qurum tərəfindən bu kimi layihələrin müsbət qiymətləndirildiyini və informasiya dəstəyi göstərildiyini qeyd etdi.

Layihə ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, Təhsil Tədqiqatlar Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı, özəl sektor nümayəndələrindən Mehman Qurbanov, Vahid Məmmədrza, Fazil Kərimov, Natiq Hüseyn çıxış edərək elektron portalın əhəmiyyətindən danışaraq təkliflər səsləndirdilər