2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Azpol sintetik parlaq boya
Modifikasiya edilmiş alkid qətranı əsaslı birkomponentli son qat boya olaraq, yuksək keyfiyyətə, parlaqlığa və dekorativ görkəmə malikdir. Boya müxtəlif rənglərdə istehsal edilir. Sintetik son qat parlaq boya düzgün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görkəmini və parlaqlığını uzun müddət qoruya bilir. Boya— 20-dən + 60 C-dək temperatur dəyişikliyinə qarşı davamlıdır,qoruyucu xassələrini və dekorativ görünüşünü 2 il ərzində,məkan daxilində isə 5 ilədək saxlayır.
Sintetik parlaq boya iri və kiçik qabaritli metalkonstruksiyaların, kənd təsərrüfatı maşın və mexanizmlərinin, hər cür taxta məmulatlarının rənglənməsində istifadə edilə bilər.
Quruma müddəti: 18-22ºC temperaturda 24 saatdır.
Həlledicisi – sintetik tiner«Aztiner»