2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyada səfərdə olmuşlar

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyanın ROTOBO Assosiasiyasının təşkilatçılığı ilə Tokio və Osaka şəhərlərində səfərdə olmuşlar. Səfər zamanı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyanın Ticarət və Sənaye Nazirliyinin nümayəndələri, eləcə də aparıcı kimya şirkətləri ilə görüşlər keçirmiş, Sumqayıt Kimya Sənaye Parkı haqqında məlumat vermiş, sənaye parkına dair 3D formatlı videoçarx nümayiş etdirilmişdir.

Yaponiyaya səfər çərçivəsində "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyanın kimya sənayesi yönümlü "The Daily Chemical" jurnalına müsahibə vermişlər.
Səfər zamanı bu ilin sonunadək Yaponiyanın kimya və neft-kimya yönümlü təşkilatlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin Bakıya səfərinə dair razılığa gəlinmişdir. Yaponiya nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eyni zamanda sənaye parkının təşkili istiqamətində görülən işlərlə tanışlıq planlaşdırılır.
Qeyd edək ki, bu cür görüşlər Sumqayıt Kimya Sənaye Parkının tanıdılması, sənaye parkına investorların cəlb olunması və təcrübə mübadiləsi baxımdan əhəmiyyətlidir.