2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
“Sənaye və tələbə” başlayır
ənaye ili – 2014-cü il çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı (ADİU TGT) “Sənaye və tələbə” adlı yeni irimiqyaslı layihəyə start verir.

Layihə çərçivəsində ADİU-nun 12 fakültəsindən hər biri 5 nəfərdən ibarət komandalar onlara təqdim olunacaq Azərbaycanın müxtəlifyönümlü sənaye sahələrini araşdıracaq və geniş təqdimat hazırlayacaqlar.

Daha sonra komandalar verilmiş sahələrdə mövcud problemlərin həlləri istiqamətində öz layihələrini təklif edəcəklər.

Layihənin gedişatı ərzində komandaların böyük sənaye obyektlərinə, zavod və fabriklərə ekskursiyalarının təşkil olunması da nəzərdə tutulub.


Hörmətli tələbələr! Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı universitetimizdə “Sənaye İli 2014” ilə bağlı “Sənaye və Tələbə” adlı böyük bir layihəyə start verir!
Layihədə 12 fakültəni 5 nəfərdən ibarət olan komandalar təmsil edəcək. Layihədə komandalar onlara təqdim olunan Azərbaycan Respublikasının müxtəlif yönümlü sənaye sahələrini dərindən araşdıracaq və geniş bir təqdimat hazırlayacaqlar. Daha sonra isə araşdırdıqları sahələrdə mövcud olan problemlərin həlli ilə bağlı layihə təqdim edəcəklər. Layihə 4 mərhələdən ibarət olacaq :
1) Püşk atma mərhələsi.
2) Layihəyə hazırlıq mərhələsi.
3) I, II yarımfinal mərhələləri.
4) Final mərhələsi.
Birinci mərhələdə komandalara hansı sənaye sahəsi düşəcəyi və yarışacaqları yarımfinal müəyyənləşəcək.
İkinci mərhələdə komandalara müxtəlif sənaye sahələri və layihə yazmaq haqda təlimlər keçiriləcək və böyük sənaye obyektlərinə, zavod və fabriklərə ekskursiyalar təşkil olunacaq.
Üçüncü mərhələdə fakültələri təmsil edən komandalar artıq hazırladıqları təqdimatları münsiflər heyəti qarşısında təqdim edəcək. Münsiflər heyətinin verdiyi ballara əsasən hər yarımfinaldan finala 2 komanda vəsiqə qazanacaq.
Dördüncü mərhələdə finala vəsiqə qazanmış komandalar araşdırdıqları sahələrdə mövcud olan problemlərin həlli ilə bağlı hazırladıqları layihələri münsiflər heyətinə təqdim etməlidirlər. Finalda qalib gəlmiş komandanın layihəsi təşkilatımızın dəstəyi ilə “Gənclər fondu”-na təqdim olunacaq.
Layihənin sonunda iştirakçılara sertifikat, diplom, müxtəlif hədiyyələr və qalib komandaya 500 AZN pul mükafatı veriləcək.
İştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq online CV formasını doldura və ya fakültə sədrlərinə müraciət edə bilərlər. Tələsin yerlər məhdutdur!

"Sənaye və tələbə" layihəsində iştirak etmək istəyənlər verilmiş keçidə (https://docs.google.com/forms/d/1lNEnKyDLvRUl3z1m7TAlrt4zGvCHTRZEuSY772468EM/viewform?usp=send_form) daxil olub, orada yerləşdirilmiş CV formasını dolduraraq layihəyə qoşula bilərlər.