2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Qazax Sement Zavodu MMC "İlin sement istehsalçısı" nominasiyasında milli Azeri Business Award mükafatına layiq görüldü

JW Marriot Abşeron mehmanxanasında 2014-cü ilin yekunları üzrə müvəffəqiyyətli şirkətlərin Azeri Business Award mükafatlandırılması mərasimi keçirilmişdir. 


Mərasimdə Qazax Sement Zavodu MMC 2014-cü ilin nəticələrinə əsasən “İlin sement istehsalçısı” nominasiyasında Azeri Business Award mükafatına layiq görülmüşdür. 

Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış, 2014-cü ildə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynamış şirkətlər, dövlət strukturları və biznes nümayəndələri layiq görüldülər. Onu qeyd etmək lazımdır ki, bu mükafat Qazax Sement Zavodu MMC-nin layiq görüldüyü ilk mükafat deyil.
Noyabrın 26-da Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı Qazax Sement Zavodu MMC Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “Regionlarda rəqabətqabiliyyətli istehsalın qurulmasında xidmətlərinə görə” sənaye müəssisələri arasında xüsusi mükafata layiq görülmüşdü. 

Qeyd olunmuş mükafatlar və zavodun fəaliyyətinin yüksək qiymətləndirilməsi Qazax Sement Zavodu MMC-nin doğru istiqamətdə irəlilədiyini əks etdirir və gələcəkdə Azərbaycanın, həmçinin bütövlükdə regionun aparıcı sement istehsalçısı olacağına əminlik yaradır.

Şəkillər

|