2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Prezident Sumqayıt şəhərində tikiş fabrikinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı.
Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.

Dövlət başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.
Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb və avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.
Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxdı. Fabrikin əsas xammalı olan parça Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyi göstərilən “Gilan” Tekstil Parkından alınır. Müəssisədə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları istehsalına və hazır məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur. Belə müasir kompleksin Sumqayıtda inşa olunması respublikamızda gedən uğurlu sənayeləşmə siyasətinin bir nümunəsidir. Layihələrin icrası nəticəsində fabrikdə 200 iş yeri yaradılıb. Müəssisədə işçilərin məhsuldar çalışmaları üçün hər cür şərait var.
Prezident İlham Əliyev fabrikin kollektivi ilə görüşdü.

Şəkillər

|