2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azərbaycan "Beynəlxalq Yaşıl Həftə - 2015" beynəlxalq sərgisində 8-ci dəfə təmsil olunur
Yanvarın 16-da Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2015" ("International Green Week – 2015") sərgisi öz işinə başlayıb.

Bu il Azərbaycan 8-ci dəfədir ki, bu sərgidə iştirak edir.

Sərginin Azərbaycanın pavilyonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə istehsal olunan 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə yanaşı, 20 azərbaycan şirkəti iştirak edir.
Sərginin Azərbaycana aid pavilionunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilir.
Yanvarın 25-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara ölkəmizin investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat veriləcək. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanacaqdır.
Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.