2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti - "Azerbaijan Fibro Cement" MMC
Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.
Bu işlərin davamı olaraq, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə müraciət etmiş "Azerbaijan Fibro Cement" Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir. Bununla da, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 4-ə çatmışdır.
"Azerbaijan Fibro Cement" MMC sənaye parkının ərazisində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İstehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın "MFL" şirkəti tərəfindən təmin ediləcəkdir.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.
Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin tam təşkili və investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.