2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Fermerlərə şad xəbər - Rusiya razılıq verdi

Rusiya gömrüyü Azərbaycan meyvə-tərəvəzini yoxlamadan ölkəyə buraxacaq. Bununla bağlı Rusiya baş naziri xüsusi sərəncam verib. Bəs qərar azərbaycanlı fermerlərin işinə necə təsir edəcək?

Artıq Azərbaycan fermerləri meyvə-tərəvəz məhsullarını Rusiyaya bu ölkənin gömrük xidməti tərəfindən yoxlanılmadan keçirə biləcəklər...

Bu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedevin Gömrük xidmətindəki dəyişikliyi təsdiqləyən sərəncamı ilə mümkün olacaq. Artıq sənəd imzalanıb va yaxın zamanda icraya yönəldilməsi gözlənilir...

Rusiya hökümətinin bu jesti Azərbaycan fermerlərini tonlarla məhsulunun çürüyüb məhv olmasından sığortalayacaq. Hansı ki keçən il də baş verən gecikmələrə görə böyük həcmdə meyvə-tərəvəz məhv olaraq sıradan çıxmışdı.

Rusiya hökümətinin atdığı bu addım Azərbaycan fermerlərinin ixrac potensialının artmasına səbəb olacaq. Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə Rusiya bazarının çox böyük potensiala malik olduğuna diqqət çəkib...

Azərbaycan hətta Rusiya bazarına indikindən bir neçə dəfə artıq məhsul ixrac etsə belə fermerlərin məhsullarına bu bazarda təlabat yenə də yüksək olaraq qalacaq.

Kənd təsərrüfatı məhsullarının qonşu Rusiyaya ixracında stimul yaradacaq əsas amillərdən biri də rus rublunun son bir aydan da artıq müddətdə dollar qarşısında sabitliyə nail olmasıdır. Bu isə o deməkdir hələ bir müddət Rusiya milli valyutasının möhkəmlənməsi davam edəcək. Rubl nə qədər güclü olarsa bu həm fermerlərin qazanc imkanlarını artıracaq, makroiqtisadi səviyyədə isə ölkəyə valyuta axınının güclənməsinə səbəb olacaq. Bu isə öz növbəsində qeyri-neft sektoru kimi Kənd Təsərrüfatının payının ümumi daxili məhsulda artması ilə nəticələnəcək