2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azərbaycan və Fransa arasında neft-qaz sektorunda əlaqələrin inkişafı prespektivləri mövzusunda forum keçiriləcək
Sentyabrın 16-17-də Bakıda Azərbaycan və Fransa arasında neft-qaz sektorunda əlaqələrin inkişafı prespektivləri mövzusunda forum keçiriləcək. Forumun əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın “GEP AFTP” Assosiasiyasıdır. 

Qeyd edək ki, “GEP AFTP” TOTAL, ENGIE, TeCHNIP, SUBSEA 7, SCNEIDER ELECTRIC kimi böyük şirkətlər daxil 250 şirkətin də üzv olduğu neft və qaz təchizatçısı olan bir qurumdur. Assosiasiya, eyni zamanda, quruda və dənizdə layihələndirmə, neft hasilatı ilə bağlı digər sahələrdə fəaliyyət göstərən kiçik və orta həcmli şirkətlərlə əməkdaşlıq edir.

 İki gün davam edəcək forumda bp-nin Bakı ofisi və “Akkord” Şirkətlər Qrupu da iştirak edəcək. Fransa isə 10-dan çox şirkətlə təmsil olunacaq.