2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Fiber - Termoyap istiliyə davamlı yapışdırıcı
“FİBER” - TERMOYAP YÜKSƏK İSTİLİYƏ DAVAMLI YAPIŞDIRICI



TƏYİNATI:
Sement əsaslı, istiliyə dözümlü, keramika və kafellərin divarda və yerdə yapışdırılmasında istifadə edilən, asanlıqla hazırlanan və tətbiq olunan, yüksək davamlılığa və yapışma gücünə malik, uzun illər gücünü itirməyən, xüsusi sement materilları və xüsusi kimyəvi qatqılardan ibarət hazır qarışıqdır.

Səthi̇n Hazırlanması:
Səth toz, çirk, yağ, bitium ləkələri və boya örtüyündən təmizlənməlidir.
Səthin möhkəmliyi yoxlanılmalı, lazım olan halda təmir edilməlidir. İlişməni yaxşılaşdırmaq məqsədi ilə səthə əvvəlcə “Azbentonit” MMC-nin istehsalı olan “BİNDER” çəkmək məsləhətdir.
 
Qarışığın hazırlanması:
İçində su olan qaba quru qarışığı (5-6 L suya, 1kisə qarışıq) əlavə edilib bir neçə dəqiqə gözlədikdən sonra 4-6 dəqiqə ərzində mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılıb 120 dəqiqə ərzində istifadə olunmalıdır.
 
Qarışığın istifadə qaydaları:
Hazırlanmış səthə 2-15mm qalınlığında məhlul çəkilib dişli mala ilə hamarlanır və üzlük materialı qoyulub basılır. Üzlük materialların düzgün yerləşdirilməsi üçün rezin çəkicdən istifadə olunmalıdır. Fiksasiya 10 dəqiqə ərzində aparılmalıdır. Açıq iş müddəti normal şəraitdə (temperatur 200 C ± 20 C, nəmlik 65-70%) 20 dəqiqə təşkil edir.

Texniki xüsusiyyətlər

İstifadə tempraturu +50C / +350C
Təbəqənin qalınlığı2-10 mm
Məhlulun istifadə müddəti120 dəq
Tavaların vəziyyətinin fiksasiya müddəti5 dəq
Bərkimə müddəti, ən azı24 saat
Sürüşmə, ən çoxu0.5 mm
Yapışma müqaviməti, ən azı0.5 N/mm2