2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

mr.Ecofix — Kafel və keramika yapışdırıcıları

Məhsul haqqında

mr.Ecofix®, sement əsaslı, kafel və keramika yapışdırıcısı. EN 12004 - C1 sinifinə uyğundur. C1 = Normal sərtləşən sement əsaslı yapışdırıcı,

İstifadə sahələri

• Kiçik və orta ölçülü (≤ 33x33cm) kafel və keramikaların yapışdırılmasında

• Daxili və xarici məkanlarda, vertikal və horizontal tətbiqlərdə

• Hamam, mətbəx və dəhliz kimi yerlərə kafel, keramika və mərmərlərin yapışdırılmasında istifadə olunur.

• Xarici məkanlarda mr. Seal Superflex B® Komponenti ilə qarışdırılaraq istifadə olunması tövsiyə edilir.

Üstünlükləri

• Asan hazırlanır və asan tətbiq olunur

• Şaquli tətbiq zamanı sürüşmə baş vermir

• İşlənəbilmə müddəti uzundur

Texniki gostəriciləri

Materialın tərkibiMineral dolğular, sentetik qatqılar, toz polimer və xüsusi sement
RəngiBoz rəngli toz
Yapışma müqaviməti> 0,50 N/mm (28 gün)
Açıq gözləmə müddəti15 dəq
İstifadə müddəti2 saat
Tamamlama müddəti3-5 dəq
Tətbiq ediləcək səthin istiliyi+5°C +25°C
Xidmət istiliyi-20°C +80°C
Dərz dolğu müddəti24 saat
İstifadəyə açma müddəti24 saat
Qarışığın sıxlığı~ 1,57 kq/lt

Yuxarıdakı qiymətlər +23°C də və 50% nəmlik ucun verilmişdir. Yuksək istiliklər muddəti qısaldır, aşağı istiliklər muddəti uzadır.

İstifadə təlimatı Səthin hazırlanması:

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək butun yağ, qatı surtgu yağı, pas və parafin qalıqlarından təmizlənməlidir. Səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Donmuş, əriyən və ya 24 saat ərzində donmaq təhlukəsi olan sahələrdə tətbiq olunmamalıdır. 5 ilə 20 mm dərinliyində olan boşluqlar iki gun əvvəlcədən mr.Tamir ilə təmir edilməlidir. Tətbiq olunacaq səthin istiliyi +25oC-dən coxdursa səth nəmləndirilməlidir. Əmici səthlər tətbiq oncəsi 2 qat mr.AstarR ilə astarlanmalıdır.

Qarışdırma

İstifadə olunacaq su təmiz bir qaba doldurulur və həmin qaba mr.Ecofix® yavaş yavaş əlavə edilərək 400- 600 dövr/dəq-lik bir mikserlə 3-5 dəqiqə, topaqlar həll olunana qədər qarışdırılır. Təxminən 3-5 dəqiqə dincəlməyə qoyulduqdan sonra təkrar 30 saniyə qarışdırılaraq məhsul istifadəyə hazır hala gətirilir.

Qarışım nisbəti

1 kq toz üçün~ 0,24 - 0 ,26 litr su
25 kq toz üçün~ 6 - 6,5 litr su

Sərfiyyat

Daraq ölçüləri və keramika ölçülərinə görə sərfiyyat miqdarları:

KeramikaDaraq ölçüsüİstifadə miqdarı
10x10 cm6x6x6 mmTək tərəfli yapışdırma ~4 kq/m2

10x10 cm ilə

20x20 cm

8x8x8 mm

Tək tərəfli yapışdırma ~5 kq/m2

Cüt tərəfli yapışdırma ~6 kq/m2

20x20 cm ilə

30x40 cm

10x10x10 mm

Cüt t r fli yapışdırma ~6,5-7
kq/m2

 

 

Alətlərin təmizlənməsi

Tətbiqdən sonra istifadə edilən alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. mr.Ecofix bərkidikdən sonra, ancaq mexaniki şəkildə səthdən təmizlənə bilər.

Saxlama şərtləri

Acılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır. Saxlanma muddəti Duzgun anbarlama şərtlərində, istehsal tarixindən etibarən 1 ildir.