2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
mr.Flex — Kafel və keramika yapışdırıcıları

Məhsul haqqında

mr.Flex® Sement əsaslı, polimer qatqılı, məhsulun performansını və istifadə olunma qabiliyyətini artıran, kimyəvi qatqılı elastik kafel, keramika və qranit yapışdırıcısı. EN 12004 – C2T sinifinə uyğundur. C2 = Əlavə xüsusiyyətləri inkişaf etdirilmiş sement əsaslı yapışdırıcı. T = Sürüşmə xüsusiyyəti azaldılmış.

İstifadə sahəsi

• Daxili və xarici məkanların divar və döşəmələrində (yerlərində) istifadə olunur.

• Dekorativ kərpic, təbii qranit, qranit keranit, böyük ölçülü keramika, şüşə mozaika, traverten və örtük materiallarının yapışdırılmasında

• Böyük ölçülü örtüklərin yapışdırılmasında

• Su hovuzlarında

• Yerdən isidilən yerlərdə, isitməli hovuzlarda, termal hovuzlarda

• Teras və balkonlarda

• Keramika üzərinə keramika yapışdırılmasında

• Ani temperatur dəyişimlərinin olduğu yerlərdə

• Alçıplaka, alçı-suvaq, istilik izolyasiya plakaları, gazbeton kimi istilik dəyişiminə məruz qalan səthlərin mr.Astar® ile astarlanmasından sonra

• Çoxlu sayda insan və yük gediş- gəlişinin olduğu yerlərdə

• Yüksək binaların üzlük döşəmələrinin yapışdırılmasıda

Üstünlükləri

• Asan hazırlanır və asan tətbiq olunur

• Vertikal tətbiq zamanı sürüşmə baş vermir

• İşlənəbilmə müddəti uzundur

• Yüksək yapışma xüsusiyyətinə sahibdir

• Tempratur dəyişikliklərindən yaranan dartılma və büzülmələrdən təsirlənmir

• Donma və ərimə döngüsünə dözümlüdür

Texniki gostəriciləri

Materialın tərkibiMineral dolğular, sentetik qatqılar, toz polimer və xüsusi sement
RəngiBoz rəngli toz
Yapışma müqaviməti> 1,00 N/mm (28 gün)
Açıq gözləmə müddəti25 dəq
İstifadə müddəti2 saat
Tamamlama müddəti3-5 dəq
Tətbiq ediləcək səthin istiliyi+5°C +25°C
Xidmət istiliyi-20°C +80°C
Dərz dolğu müddəti24 saat
İstifadəyə açma müddəti3 gün
Qarışığın sıxlığı~ 1,57 kq/lt

Yuxarıdakı qiymətlər +23°C də və 50% nəmlik üçün verilmişdir. Yüksək istiliklər müddəti qısaldır, aşağı istiliklər müddəti uzadır.

İstifadə təlimatı

Səthin hazırlanması:

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək bütün yağ, qatı sürtgü yağı, pas və parafin qalıqlarından təmizlənməlidir. Səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Donmuş, əriyən və ya 24 saat ərzində donmaq təhlükəsi olan sahələrdə tətbiq olunmamalıdır. 5 ilə 20 mm dərinliyində olan boşluqlar iki gün əvvəlcədən mr.Tamir® ilə təmir edilməlidir. Tətbiq olunacaq səthin istiliyi +25°C-dən çoxdursa səth nəmləndirilməlidir. Əmici səthlər (alçıplaka, gazbeton, alçısıva, vb.) tətbiq öncəsi 2 qat mr.Astar ilə astarlanmalıdır. Taxta səthlərə olunacaq tətbiqlərdən öncə səth mr.Kontakt GP ilə astarlanmalı, əgər taxta səthin nəmlənmə ehtimalı varsa tətbiqdən öncə mr.Seal Superflex iki qat və filəli olaraq taxda səthə tətbiq edilməlidir.

Qarışdırma

İstifadə olunacaq su təmiz bir qaba doldurulur və həmin qaba mr.Flex yavaş yavaş əlavə edilərək 400- 600 dövr/dəq-lik bir mikserlə 3-5 dəqiqə, topaqlar həll olunana qədər qarışdırılır. Təxminən 3-5 dəqiqə dincəlməyə qoyulduqdan sonra təkrar 30 saniyə qarışdırılaraq məhsul istifadəyə hazır hala gətirilir.

Qarışım nisbəti

1 kq toz üçün~ 0,26 - 0 ,27 litr su
25 kq toz üçün~ 6,5 - 6,75 litr su

Sərfiyyat

Daraq ölçüləri və keramika ölçülərinə görə sərfiyyat miqdarları:

KeramikaDaraq ölçüsüİstifadə miqdarı
10x10 cm6x6x6 mmTək tərəfli yapışdırma ~4 kq/m2

10x10 cm ilə

20x20 cm

8x8x8 mm

Tək tərəfli yapışdırma ~5 kq/m2

Cüt tərəfli yapışdırma ~6 kq/m2

20x20 cm ilə

30x40 cm

10x10x10 mm

Cüt t r fli yapışdırma ~6,5-7 kq/m2

 

 

Alətlərin təmizlənməsi

Tətbiqdən sonra istifadə edilən alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. mr.Flex bərkidikdən sonra, ancaq mexaniki şəkildə səthdən təmizlənə bilər.

Saxlama şərtləri

Açılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır. Saxlanma müddəti düzgün anbarlama şərtlərində, istehsal tarixindən etibarən 1 ildir.