2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

mr.Durafix NT — Kafel və keramika yapışdırıcıları

Məhsul haqqında

mr. Durafix NT®, sement əsaslı, keramika, qranit, yandırılmış, preslənmiş kərpiç, farfor, mozaik şuşə, mərmər, təbii və düzəldilmiş daşların yapışdırılmasında istifadə edilən, yüksək davamlılıq və effektivliyə malik sürətli yapışdırıcıdır. EN 12004 –C2ETF kateqoriyasına uyğundur. C2 = Əlavə xassələri artırılmış sement əsaslı yapışqan, T= Sürüşmə xüsusiyyəti azaldılmış E=Açıq gözlətmə müddəti uzadılmış F=Tez sərtləşən yapışdırıcı

İstifadə sahəsi

• Daxildə – xarici məkanlarda, şaquli və üfüqi istifadədə,

• Keramika, qranit, yandırılmış, preslənmiş kərpiç, farfor, mərmər, təbii və düzəldilmiş daşların istənilən səth üzərinə yapışdırılrmasında (sement əsaslı səthlər, beton, quraşdırma beton elementlər, suvaq və s.) • Taxta-yonqar lövhə, OSB, PVC və metal səthlərin (yalnız daxili məkanlarda) mr.Kontakt GP® ilə astar çəkilməsindən sonra yapışqan kimi,

• Gips-karton plitə, gips-suvaq, istilik izolyasiya lövhəcikləri, qaz beton kimi istilik dəyişikliyinə məruz qalan səthlər üzərinə mr.Astar® ilə astar çəkilməsindən sonra, keramikanın yapışdırılma yerlərində,

• Üzgüçülük hovuzu, su anbarı, vanna və s. sanitar qovşaqlarda,

• Yerdən isidilən səthlərdə, isidicili hovuzlarda, termik hovuzlarda, qışda suyu boşaldılmayan üzgüçülük hovuzlarında,

• Soyuq hava anbarlarının divar və döşəmə örtülərində,

• Binaların fasadlarında keramika və qranit yapışdırma işlərində,

• Bərpa və təmirdə, keramika üzərinə keramika yapışdırma işlərində əla nəticə verir.

Üstünlükləri

• Asan hazırlanır və istifadə edilir.

• Yüksək texnologiya ilə istehsal edilmiş xüsusi yüngül və zərif doldurucu birləşmədir.

• Sərfi, bildiyimiz yapışqanların təxminən yarısı qədərdir.

• Yüksək elastik xassəyə malikdir.

• Emal müddəti uzundur və güclü tutucu xassəyə malikdir.

• Sürüşmür. Əla vakuum effektinə malikdir.

• Donma – həll olma siklinə davamlıdır.

• Temperatur dəyişikliklərindən irəli gələn dartılma və vibrasiyaya davamlıdır.

Texniki gostəriciləri

Materialın tərkibiYüksək texnoloji doldurucular, sintetik qatışıqlar və xüsusi sement
RəngiBoz
Çəkilərək yapışma davamlılığı>1,00 N/mm (28 gün)
Çəkilən qalınlığıMin. 1 mm max. 15 mm
Aralığı doldurma müddəti~ 5 saat-dan 10 saat arasında
Tətbiq ediləcək səthin istiliyi+5°C +25°C
İstifadə olunduğu temperatur-40°C +80°C
Tutma müddəti3-5 dəqiqə
İstifadə müddəti60 dəqiqə
Açıq gözlətmə müddəti> 30 dəqiqə
SürüşməYoxdur
İslanma xassəsiMin 99 %
Tam yapışma müddəti24 saat
Üzərində gəzə bilmək müddəti5-10 saat
Qarışdırılma sıxlığı1,30 kq/litr

 

Yuxarıdakı qiymətlər +23°C də və 50% nəmlik üçün verilmişdir. Yüksək istiliklər müddəti qısaldır, aşağı istiliklər müddəti uzadır.

İstifadə təlimatı

Səthin hazırlanması:

İstifadə ediləcək səthin möhkəm, quru, daşınan, tozsuz və təmiz, eyni zamanda tarazlıqda olmasına diqqət etmək lazımdır. Səth, bütün yağ, tavot, pas və parafin qalıqlarından yaxşıca təmizlənməli və səthdə boş zərrəciklər olmamalıdır. 5–20 mm dərinliyində korlanmış səthlər iki gün əvvəldən mr.Tamir® ilə təmir edilməlidir. İstifadə olunacaq səthin temperaturu +25°C-dən çoxdursa, səth isladılmalıdır.

Gips əsaslı səthlər

Hopma xassəsi yüksək gips-karton plitə, gipssuvaq, qaz beton, əhəngli suvaq, taxta-yonqar lövhənin üstünə səthin daşınar olması şərti ilə mr. mr.Kontakt GP® istifadə olundurmalıdır. 24 saat sonra yapışdırma işlərinə başlanıla bilər.

Metal səthlər

Daxili məkanlarda yerləşən metal səthlər (polad, alüminium və s.) hərəkətsiz olmaqla yaxşı möhkəmləndirilməlidir. Səth pas, çirk, toz və yağ kimi yapışqanlığı azaldan maddələrdən təmizlənməlidir və mr.Kontakt GP® ilə astar çəkilməlidir.

Taxta –yonqar əsaslı səthlər (OSB və taxta-yonqar lövhələr)

Taxta –yonqar lövhələr maksimum 10 % rütubətə malik olmalıdır. Səthlərdə istifadə olunacaq taxta –yonqar lövhələr minimum 25 mm, divarlarda istifadə olunanlar isə 19 mm olmalıdır. Lövhələr səthə maksimum 30 sm aralıqlarla vintlənməlidir. Yan birləşmə ən az 8 mm enində olmalıdır. Taxta yonqar lövhələrə mr.Kontakt GP® ilə astar çəkilməlidir. Qarışdırma Müəyyən su miqdarı, ölçü vasitəsilə təmiz qarışdırma qabına boşaldılır. mr. Durafix NT®yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəq. gücündə qarışdırıcı ilə 3-5 dəqiqə, topalarsız qatışıq əldə edilənə kimi qarışdırılır. Təxminən 3-5 dəqiqə saxlanılıb yenidən 30 saniyə qarışdırıldıqdan sonra məhlul istifadəyə hazır hala gətirilir.

Qarışdırma

İstifadə olunacaq su təmiz bir qaba doldurulur və həmin qaba mr.Durafix yavaş yavaş əlavə edilərək 400- 600 dövr/dəq-lik bir mikserlə 3-5 dəqiqə, topaqlar həll olunana qədər qarışdırılır. Təxminən 3-5 dəqiqə dincəlməyə qoyulduqdan sonra təkrar 30 saniyə qarışdırılaraq məhsul istifadəyə hazır hala gətirilir.

Qarışım nisbəti

1 kq toz üçün~ 0,60 litr su
15 kq toz üçün~ 9,00 litr su

Sərfiyyat

Daraq ölçüləri və keramika ölçülərinə görə sərfiyyat miqdarları:

Keramika ərsininin diş ölçüləri və sərfi (kq/m2 )
4 mm6 mm8 mm10 mm
1,63 kq2,44 kq3,25 kq4,06 kq

Tövsiyə edilən ərsinin diş ölçüləri

Keramika ölçüləriKeramika ərsininin diş ölçüləriMaterialın tökülmə qalınlığı
Kiçik mozaikalar4 mm~1-2 mm
15 sm-ə qədər olan6 mm~2-3 mm
30 sm X 30 sm-ə qədər olan8 mm~3 mm
30 sm X 30 sm-dən artıq10 mm~4 mm

Tövsiyə edilən aralığın eni

5 sm X 5 sm-ə qədər3 mm
15 sm X 15 sm-ə qədər4 mm
15 sm X 15 sm-dən artıq6-8 mm

 

Diqqət edilməli olan hallar

mr. Durafix NT® mexaniki qarışdırcıların köməyi ilə qarışdırılmalıdır, mala ilə qətiyyən qarışdırmaq olmaz. Mühit və səthin temperaturu +5°C-dən aşağı və ya +25°C-dən yuxarı isə, müvafiq temperaturlar saxlanmalıdır. Həmçinin həddindən artıq isti, yağış və küləkli havalarda da işlər aparılmamalıdır. mr. Durafix NT® məhlulunun yayılmış vəziyyətdə qalınlığı 15 mm-i keçməməlidir. Xarici səthdə işlərkən örtülmüş səthin ilk 24 saat həddindən artıq günəş işığı, külək, şaxta və yağışdan qorumaq lazımdır. Suyu hopdurma qabiliyyəti yüksək olan örtüklər istifadədən əvvəl su ilə doydurulmalıdır. Qurumağa başlamış mr. mr. Durafix NT® qatışığına qətiyyən su və yeni məhlul əlavə edilməməlidir. Qablaşdırma 15 kq-lıq polietilen bərk kraft -kisə

Alətlərin təmizlənməsi

Tətbiqdən sonra istifadə edilən alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. mr.Fix bərkidikdən sonra, ancaq mexaniki şəkildə səthdən təmizlənə bilər.

Saxlama şərtləri

Açılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır. Saxlanma müddəti düzgün anbarlama şərtlərində, istehsal tarixindən etibarən 1 ildir.

Təhlükəsizlik tədbirləri

Tədbiq əsnasında, iş və işçi sağlamlığı şərtlərinə uyğun iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edilməlidir. Kürlənməmiş materialın təxrib edici təsirlərindən ötürü, tərkiblər dəriyə və gözə təmas etdirilməməli, təmas etdikdə isə dərhal bolluca su və sabunla yuyulmalı, udulması halında təcili olaraq həkimə müraciət olunmalıdır. Material tədbiq olunan sahələrə qida məhsulları buraxılmamalıdır. Uşaqların əllərinin çatmayacağı yerlərdə ambarlanamalıdır. Daha geniş məlumat üçün Təhlükəsizlik Məlumat Formasına baxılmalıdır.