2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Kabel boruları
Kabel boruları


“NJT2000” –nin sərt hamar borular əsasında istehsal etdiyi PVC (polivinilxlorid) kabel borular açıq keçiricilərin tərkib hissəsidir.

Kabel borular PVC-dan hazırlanır. PVC-polivinilxlorid əsaslı soyuğadavamlı, nəm keçirməyən,kimyəvi məhsullara qarşı ( benzinə və yağa) davamlı,həmçinin öz-özünə sönən elastik materialdır.

PVC-dan hazırlanmış sərt kabel boruların əsas funksiyası kabelin müxtəlif mexaniki zədələnmələrdən qorunmasıdır,yəni şəbəkənin işinin təhlükəsizliyini və keyfiyyətini təmin etməkdir. Bundan başqa, kabelin izolyasiyasının zədələnməsi zamanı cərəyan vurma mümkünlüyünü istisna edir.

Ekspluatasiya temperaturun geniş intervalı (-5⁰C-dən +60⁰C-yə qədər) həm isti, həm də soyuq şəraitdə elektrik quraşdırma işlərinin aparılmasına imkan verir. PVC-dan hazırlanmış sərt kabel borular öz mexaniki xüsusiyyətlərini qoruyub saxlayacaqdır.

PVC-dan hazırlanmış sərt kabel boruları adi metal boru ilə müqayisə edərkən bu kimi əhəmiyyətli üstünlüklərə malikdirlər:

· Daşıma, yükləmə və anbarlara yığılma zamanı asanlıq və rahatlıq;

· Qaynaq etmə zərurətinin olmaması;

· Torpaqlama zərurətinin olmaması;

· Kabelin quraşdırılma müddətini qısaldır;

PVX-dan hazırlanmış sərt kabel borunun müsbət cəhəti ondadır ki,kifayət qədər uzun müddət çirklənmiş,tozlu və nəm məkanlarda məhsul görünüşünü və ekspluatasiya keyfiyyətləri qoruyub saxlaya bilir.