2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Baku Steel Company

Ünvan

AZ1029, Bakı, Mir-Cәlal küçәsi 15 (Dәrnәgül şossesi)
Bakı ( Binəqədi ), Azərbaycan

bizə yazın

tel : (+994 12) 490 30 70,
e-mail : [email protected]
veb : www.bakusteel.com

İstehsal haqqında

 

Istehsal haqqındaTexnoloji əməliyyatlar şixtə hazırlığından və onun tərtib edilməsindən başlanır.
Sobaya verilən şixtə əridilərək yüksək temperaturda çalova tökülür. Çalovdan soba çalova ötürülən maye metal burada legirlənmiş materiallarla zənginləşdirilərək, nəzərdə tutulan keyfiyyət göstəriciləri əldə olunduqdan sonra fasiləsiz tökmə maşınına verilir.
Burada maye polad dörd şırnaqlı aralıq çalov vasitəsilə kristallaşdırıcı axarlarda en kəsiyi kvadrat olan pəstahlara çevrilir və soyudulur. 
Kvadrat pəstahlar yayma sahəsində təkrarqızdırma sobasında qızdırılıb yayma xəttində termomexaniki emal prosesindən keçirilərək, armatur, şveller, ikitavr, künclük və katanka şəklinə salınır. 
Respublikamızda qara metallurgiya sənayesinin flaqmanı olan Baku Steel Company ön sıralarda duran mövqeyini saxlamaq üçün müasir texnologiyaları, elm və texnika sahəsində əldə olunan nailiyyətləri izləyir. 

Istehsal haqqında

Şixtə sahəsinin məhsuldarlığını artırmaq üçün 2011-ci il də İtaliyanın Vezzani şirkətindən müasir metal qırıntısı emal edən press-qayçı və paketləmə maşını alınmışdır. 
Yuxarıda qeyd edildiyi kimi BSC istehsalatı artırmaq məqsədilə elektrik qövs sobasının yenidən qurulması layihəsini hazırlayıb həyata keçirmişdir. Layihəyə əsasən mövcud soba Almaniyanın Siemens VAİ şirkətinin istehsalı olan daha müasir 50 tonluq soba ilə əvəz olunmuşdur. 
Bu soba karbontərkibli materialların sobaya vurulması prosesini idarə edən yeni sistemlərlə təchiz olunmuşdur. Bundan əlavə, kombinə olunmuş RCB odluqları texnologiyası oksigenin və karbonun elektrik qövslü poladəritmə sobasına üfürülmə prosesini optimallaşdırmalıdır. 
Texnologiyaya elektrik qövs enerjisinin verilməsini sobaya üfürülən, qazın, oksigenin və karbonun ekzotermik reaksiyalarından hasil olunan enerji ilə mükəmməl şəkildə tamamlayır.
Layihənin işlənib hazırlanmasında metallurgiya zavodlarının yenidən qurulması sahəsində polad istehsal edən ölkələrin qabaqcıl təcrübəsindən istifadə olunmuşdur.
Poladəritmə prosesində əsas güc aqreqatlarının işi verilmiş proqramla avtomatik idarə olunur.